• 26 Dekabr 2024

ƏRAF ƏHLİ KİMLƏRDİR?

Əraf nə deməkdir?

Dağ və təpənin hündür hissəliri mənasında olan əraf, Cənnət ilə Cəhənnəm arasında olan divarın və yüksək hissənin adıdır.

Ərafda kimlər olacaq?

Əraf və ərafda kimlərin qalacağına dair iki rəy var:

1.       Hər hansı bir peyğəmbərin təbliğini eşitməmiş ölən şəxslərlə kiçikliyində ölən müşrik övladları ərafda qalacaqlar.

2.       Yaxşı və pis əməlləri müsavi olan möminlər əraflıqdır. Onlar Cənnətə girməmişdən əvvəl burada bir müddət gözlədiləcəklər və Allah-Taalanın lütfü ilə Cənnətə girəcəklər.

Qurani-Kərimdə əraf barədə ayət:

Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər. Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (Əraf-46, 47)

Mənbə: Prof. Dr. Hamdi Döndüren, Delilleriyle İslam İlmihali

Read Previous

AZƏRBAYCAN FƏLƏSTİNİN SUVERENLİYİNİ DƏSTƏKLƏYİR

Read Next

ŞƏFAƏT NƏ DEMƏKDİR?