• 22 Noyabr 2024

Cümə namazını qılmaq qadınlara vacibdirmi?

Cümə namazının kişilərə fərz olmasında fikir yekdilliyi var. Qadınlara cümə namazının fərz olmadığı hökmündə də bütün məzhəblər və müctəhidlər eyni fikirdədirlər. Ancaq qadınlar imkan tapsalar, məscidə gedib cümə namazını qılsalar, cümələri səhih olar, artıq o günün günorta namazını qılmaları lazım deyil. İmkan olan təqdirdə, yəni məscidlərdə yer olarsa və başqa bir maneə də olmadığı zaman qadınlarımızın cümə namazını qılmalarında böyük faydalar var. Onlara ayrılan yerlərdə və kişi səflərinin arxasında bu namazı qılarlar.

Qadınlara cümə namazının fərz olduğunu iddia edənlər əlaqədar ayənin ümumilik ifadə edən mənasına əsaslanırlar. Peyğəmbər (s) zamanında qadınların da camaat namazına və cüməyə getmələrinə dair məlumatlar da dəlil olaraq qeyd edilir. Bu ayədə Allah belə buyurur: “Ey iman edənlər! Cümə günü namaz üçün azan oxunduğunda Allahı xatırlamağa tələsin, alış-verişi buraxın; sizin üçün xeyirli olan budur; əgər bilsəniz. Namaz qılınınca artıq yer üzünə dağılın və Allahın lütfündən istəyin, Allahı çox anın, ümid edilər ki, qurtularsınız” (əl-Cümə, 9-10).

“Cümə qadınlara fərzdir” deyənlərə görə “Allah iman edənləri cümə namazına çağırmışdır; qadınlar da buna daxildir, onları istisna etmək caiz deyil… “

İslam alimləri bu ayəni izah edən başqa dəlillər bir qisim möminləri (iman edənləri) cümə namazı vacibindən istisna etmişlər. Buna fiqhdə “təxsis” deyilir. Ayənin özündən də bu mənanı çıxarmaq olar; çünki yer üzünə dağılmaq və Allahdan ruzi tələb etmək qadınların deyil, kişilərin vəzifəsidir. Bundan başqa: “Cümə namazını camaatla qılmaq hər müsəlman üzərinə borcdur, vəzifədir; ancaq başqasının mülkiyyətində olan kölə, qadın, uşaq və xəstə müstəsnadır; cümə namazı bunlara fərz deyil” (bu hədis səhihdir). İkinci dəlil qadınların camaatla namaz qılma məcburiyyətində olmamalarıdır. Üçüncü dəlil tətbiqdir: Peyğəmbər və Raşidi xəlifələr dövründə qadınlar da -imkan tapdıqca- beş vaxt namazı məsciddə qılar və cümə namazına da gələr, camaatla namaz qılardılar. Ancaq gəlmədikləri zaman qınanmazdılar, onlara “nə üçün gəlmədiniz” deyə soruşulmazdı. Halbuki bəhanəsi olmadığı halda cüməyə gəlməyən kişilər qınanar, nə üçün gəlmədikləri soruşular, gəlmələri qəti bir şəkildə istənərdi. Bu dövrlərdə bütün mömin qadınların hər vaxt cümə namazı qıldıqlarına dair bir dəlil də mövcud deyil. O zamandan etibarən tarix boyunca belə olmuşdur.

Bəzi alimlər cümə namazının qadınlara fərz olduğunu, ancaq bəzi fəqihlərin fitnə qorxusu ilə bunu vaciblikdən çıxardığını iddia etsələr də bu doğru deyil. Tarix boyunca yaşamış bu qədər müctəhidin heç biri Allahın fərz buyurduğu bir şeyi fitnə qorxusu ilə fərz olmaqdan çıxarmamışdır, çıxarmaz, çıxara da bilməz; bu iş zənn edildiyi qədər asan və bəsit deyil. Bu, çox yanlış bir anlayışdır və məsələnin tam dərk edilməməsindən qaynaqlanır. Bundan əlavə əgər qadınların camaatla olan ibadətlərdə iştirak etmələri fitnə səbəbi olsa idi, o zaman ilk öncə həccin vacib olmadığı iddia edilərdi. Halbuki həcc ibadəti əsnasında qadınlarla kişilər bir yerdə olduqları halda heç bir alim həccin vacib olmadığını söyləməmişdir.

Doğrunu Allah bilir.

 

Read Previous

Əzan Oxumağın və Əshabələrin Fəziləti.

Read Next

Cümə namazında 4 rükət ilk sünnətin qılınması barədə hədis varmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.