Möhtərəm möminlər, Allah-Təala 1400 il bundan əvvəl Hira mağarasında Həzrət Peyğəmbərə (s) “Oxu”-deyib Qurani-Kərimin ilk ayəsini bu sözlə başladı və insanların sonuncu ilahi kitabı oxumağa dəvət etdi. Quranı oxumaqda məqsəd başa düşmək, başa düşməkdə məqsəd isə onun göstərdiyi yolla getməkdir. Çünki Quran möminlərə rəhmət və şəfa qaynağı kimi göndərilmişdir. Bitib-tükənməz elm, hikmət və səadət qaynağı olan Quran öz nuru ilə ağılları və qəlbləri aydınladan, ruhlara şəfa verən, insanların güclü vicdana və sağlam imana sahib olmasına zəmin yardan uca Kitabıdr. Sad surəsi 29-cu ayədə buyurulur:
“(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!”
Bəs göərəsən, Quranı necə anlayırır? Bu gün çoxumuz Qurani-Kərimin mənasını düzgün anlamırıq. Onu möcüzəvi kitab sayır, qoruyur, dəstəmazsız toxunmur, əlimizə götürdükdə opüb gözümüzün üstünə qoyuruq. Şüphəsiz ki, bunlar Müqəddəs Kitaba hörmətimizdən qaynaqlanır. Lakin bunlarla yanaşı, Quranın içindəkilərə də hörmətlə yanaşmalıyıq. Bunun üçün orada yazılanları dərk edib, həyatımızda düzgün tətbiq etməliyik. Bu gün Qurani-Kərim “ölülərə oxunana kitab” halına gətirilmişdir. Quran tilavətinə ancaq yas mərasimlərində, qəbiristanlarda rast gəlmək mümkündür O, ölülərə oxuna-oxuna dirilərdən uzaqlaşdırılmışdır Halbuki, Quran bu dünyanın və bu həyatın kitabıdır. Necə ki, böyük türk şairi Mehmet Akif Ərsoy bunu belə ifadə etmişdir:
Ya açıb baxarıq, Nəzmi-Cəlilin yarpağına,
Ya üfürüb keçərik, bir ölünün torpağına
Enməmişdir hələ Quran, bunu haqqıyla bilin,
Nə məzarlıqda oxumaq, nə də fala baxmaq üçün!
Ölülərimiz üçün oxutduğumuz “Yasin” surəsinin 69-70-ci ayələrinə diqqət yetirək: “Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qur’andır ki, Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.”
Ayələrdəki “diri olanlar” ifadəsi Quranın dirilərə göndərildiyini, ölülərin artıq ondan faydalana bilməməsini göstərir. Görəsən, axirət dünyasına köçənlər bu ayələri eşitsəydilər, nə deyərdilər? Onlara haram mal yemə, yalan danışma, namaz qıl, Allaha şərik qoşma deməyin nə mənası vardır? Əslində yas mərasimində Quran oxumaq dinə zidd deyildir. Ölən insan üçün Quran oxuyub, savabını ruhuna hədiyyə etmək, Uca Allahdan onun günahlarının bağışlanmasını istəmək mümkündür.
Lakin bütün bunlarla yanaşı Qurani Kərim bir həyat kitabıdır. Qəbiristanlıqda olanlara deyil bizə endirilmişdir. Quranı həyatdan uzaqlaşdırıb ölü kitabı halına gətirmək, müsəlmanların inkişafına ən böyü maniədir
Ümumiyyətlə insanın həyatda ikən Quran oxunması daha savabdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Quran oxuyun. Çünki Quran qiyamət günündə onu oxuyanlara şəfaətçi olaraq gələcəkdir” (Səhihi-Müslim)
Bəzən şəfa niyyəti ilə ayrı-ayrı ayələrin kağıza yazılaraq, suada isladılıb, xəstəyə verildiyinin şahidi oluruq. Əslində isə xəstə insanı həkimə aparmayıb, bu cür sağaltmağa çalışmaqla onun xəstəiyinin daha da ağırlaşmasına səbəb oluruq. Belə əməllərin, ümumiyyətlə, dinimizdə yeri və əsasə yoxdur. Digər tərəfdən, mənfəət güdən bəzi insanlar Qurandan öz məqsədləri üçün istifadə edirlər. Onlar Quran açaraq, fala baxmaqla məşğul olurlar. Halbuki, falçılıq islamda günah əməllərdən sayılmışdır. Maidə surəsi 90-cı ayədə buyurulur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”
Quran nə ədəbi, nə də elmi kitabıdr. O, insanların dünya və axirət səadətini təmin etmək məqsədilə Allah-Təala tərəfindən göndərilmiş səmavi vəhydir. O, bizə Allahımızı tanıtdırır, Ona və insanlara qarşı vəzifələrimizi öyrədir. Bizə qalan isə sadəcə, onu layiqincə oxuyub istədiklərini yerinə yetirməkdir.
1 İyun 2012 / 11 Rəcəb 1433