Sual: Deyilənə görə qalstuk geyinmək yəhudi və xristianlara oxşamaq deməkdir. Bu düzdür? İslam dinində qalstuk taxmağa necə baxılır?
Cavab: Muhəmməd peyğəmbərin (s) hədisindəki: “Yəhudi və xaçpərəstlərə oxşamayın”, – sözü geyimlə deyil, dinin hökmlərini həyata keçirməklə əlaqədardır. Yəni, bu o deməkdir ki, öz əməllərinizlə onlara bənzəməyin.
Qurani-Kərim və Sünnədə istər kişi, istərsə də qadın olsun, müsəlmanlar üçün vahid bir geyim tərzi nəzərdə tutulmur. Hər bir müsəlman yaşadığı bölgənin adət-ənənəsinə əsasən geyinir. Əsas odur ki, bu geyim elementləri insanın övrət yerlərini örtsün və çox nazik olmasın. Paltarın altı görünməsin.
Keşiş paltarı kimi simvol halına gələn və ya haham geyimi kimi bir şeyin rəmzinə çevrilmiş paltarları geyinmək İslam dinində caiz hesab olunmur. Başqa sözlə, bu cür geyinmək düzgün deyil. Çünki o paltarları kim geyinirsə, onlara oxşamaq istəyini büruzə verir. Lakin qalstuk, pencək və şalvar kimi geyim elementləri bir dinin rəmzi olan geyimlər deyil. Ona görə də bunları geyinməyin və qalstuk taxmağın bir eybi yoxdur.
One Comment
YARADAN-nın SALAMI olsun sizlərə.YA RƏBB bizləri SƏNİN Haqq və Həqiqətlərni görməkdə və qəbul eməkdə KÖMƏK olki Dərgahına yetişə bilək.AMİN……..