• 23 Noyabr 2024

Tabut texnologiyasında böyük yenilik!

274865_klimali-tabut[1]

Türkiyənin Çorum şəhərində cənazənin uzun müddət qorunması üçün kondisionerli tabut istehsal edilib.

Firmanın müdir müavini Dinçer Zorlu, Anadolu Agentliyinin müxbirinə verdiyi müsahibədə cənazələrin uzun müddət qorunması üçün kondisionerli tabut istehsal etməyə başladıqlarını bildirərək bunun xaricdə və ölkədə böyük maraqla qarşılandığını qeyd etdi.

Təxminən 5 il əvvəl vəfat edən babasının cənazəsində qarşılaşdıqları problemlər səbəbilə kondisionerli tabut hazırlamaq qərarına gəldiklərini bildirən Zorlu dedi:

“Babam 5 il əvvəl avqust ayında vəfat etdi. Xaricdə yaşayan qohumlarımız da cənazə mərasimində iştirak edəcəklərini bildirdilər. Biz də cənazəni 2 gün sonra dəfn etmək qərarına gəldik.”

Zorlu, cənazəni evdə saxladıqlarını və havanın isti olması səbəbilə cəsədin xarab olmağa başladığını dedi: “Biz də bundan sonra cənazəni dövlət xəstəxanasının morquna qoyduq. Cənazəni morqa qoyub sonradan ordadan götürmək mənəvi baxımdan bizi çox məyus etdi. Qohumlar gəldikdən sonra cənazəni dəfn etdik.”

Atası Elvan Zorlunun fikrinə görə həmin problemlə başqalarının da qarşılaşmaması üçün kondisionerli tabut istehsal etmək qərarına gəldiklərini deyən Zorlu, qısa müddət ərzində layihəni hazırlayaraq istehsala başladıqlarını qeyd etdi.

Tabutun içində hərəkət sensoru da var

Kiçik Sənaye şəhərciyində 3000 m2-lik sahəsi olan müəssisədə 45 nəfərlik işçi heyətilə standartlara uyğun fəaliyyət göstərdiklərini deyən Zorlu, ehtiyaca və tələblərə əsasən tabut istehsal etdiklərini bildirdi.

Zorlu, kondisionerli tabutun normal tabutlardan 20 sm daha uzun olduğunu dedi: “Bu artıq yerə kondisioner mühərriki yerləşdirdik. Paslanmaması, çürüməməsi və yüngül olması üçün tabutun içərisini alüminium lövhəciyilə örtdük.

220 voltluq elektriklə işləyən sistem sayəsində tabutun içi -10o -yə qədər soyuyur. Tabutdan kənarda yerləşən rəqəmsal göstərici ilə içi istənilən istiliyə görə tənzimlənir. Yaxınlarının cənazəni görmək üçün tabutu açmamaları və içindəki temperaturun dəyişməməsi üçün cənazənin baş tərəfinə şüşə yerləşdirdik, mərhumun hərəkət etməsi ehtimalına qarşı tabuta hərəkət sensoru və həyəcan siqnalı qoyduq.”

Çəkisi təxminən 15 kq olan tabutun içinə gözəl qoxu verməsi üçün əlavə sistem qoyduqlarını deyən Zorlu, qarşıdakı mərhələdə, gələn tələblərə əsasən ion batareya ilə işləyənini də istehsal edəcəklərini, TSE sənədini və Türkiyə Patent İnstitutundan məhsulun patentini aldıqlarını bildirdi.

İmamı olmayan kəndlər üçün səs sistemi

Kondisioner sitemi ilə başladıqları tabut istehsalına həyəcan siqnalı sistemini, sonra isə səs sistemini də əlavə etdiklərini qeyd edən Dinçer Zorlu, sonda tabuta, xüsusən imamı olmayan kəndlər üçün USB və SD kartlara yazılan duaları rəqəmsal olaraq oxuyan sistemi əlavə etdiklərini bildirdi.

Zorlu, tabutla bağlı araşdırma işlərinin davam etdiyini, müəyyən etdikləri qüsur və ya ehtiyaclara əsasən işlər görəcəklərini dedi: “Elektriklə işləyən səs sisteminin
batareyanın köməyilə işləməsinə çalışırıq. Bu əlavəni də qısa müddət ərzində hazırlayacağıq. Kimsəsiz insanların cənazəsində tabutun üzərindəki düyməyə basmaqla azan və ya Quran dinləmək mümkün olacaqdır.”

Kondisionerli tabutun bütün ölkədə böyük maraqla qarşılandığını deyən Zorlu, tabutları 2500 lirəyə (təxm. 1250 AZN) satdıqlarını bildirdi. Zorlu, tabut üçün əsasən iqlimi isti olan ölkələrdən sifariş aldıqlarını deyir:

“Xüsusən Mərakeş, Əlcəzair, Liviya, İran, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi isti ölkələrdən tələblər gəlir. Elə həmin ölkələrdə də nəqliyyat vasitələrinin dizaynı ilə bağlı işlədiyimiz müştərilərimiz vardır. O müştərilərimizdən tabutla bağlı da nə isə öyrənməyi fikirləşirik.

Read Previous

Bəzi alimlər İmam Əbu Hənifə haqqında

Read Next

Dindarlara “iPhone” qadağası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.