Son 10 ildə müsəlman olan 100 min ingilisin üçdə ikisi qadındır.
İngiltərənin “Tayms” qəzetində İngiltərədə İslamı qəbul edərək, müsəlman olanlarla bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb. “İki mədəniyyət arasında qalmaq” sərlövhəli məqalədə araşdırma nəticəsində olduqca maraqlı məqamların aşkar edildiyi qeyd olunub.
Krallığın “İnanc işləri” vəqfinin araşdırmasına görə, son 10 ildə İslam dinini qəbul edənlərin sayı iki dəfə artaraq, 100 min nəfəri ötüb. Araşdırma nəticəsində müsəlman olan ingilislərin orta yaş həddinin 27,5 olduğu, eləcə də İslamı qəbul edən ingilislərin üçdə ikisini qadınların təşkil etdiyi müəyyən edilib. Həmçinin, məqalədə krallıq ərazisində müsəlman olan demək olar ki, bütün qadınların başörtüyü geyindiyi bildirilib.