• 25 Noyabr 2024

Keşiş kimi getdi, müsəlman kimi qayıtdı!

papaz-musluman-oldu

Filippin kilsəsinin müqəddəs torpaqlara göndərdiyi filippinli keşiş, Səudiyyə Ərəbistanında İslamı qəbul etmək şərəfinə nail oldu. Keşişin vəzifəsi Səudiyyə Ərəbistanında yaşayan filippinli xristianlara təhsil vermək idi!

“Əl-Muxtasar” internet səhifəsinin verdiyi xəbərə əsasən, Filippin kilsəsi, xristian filippinlilərə xütbə (moizə) şəklində dərslər verməsi üçün bir keşişi Səudiyyə Ərəbistanına göndərdi. Lakin İslamı öyrənən keşiş çox keçmədən xütbə verməyi yaddan çıxararaq müsəlman oldu.

Səudiyyəli təbliğçi şeyx Dr. Muhəmməd əl-Arifi, “Twitter” səhifəsindən bölüşdüyü bir fotoşəkildə filippinli keçmiş keşişin əlini sıxır.

Şeyx əl-Arifi fotoşəklin altında belə yazır:

“Bu şəxs, Filippin kilsəsinin xristian fəhlələrə dərs keçmək üçün göndərdiyi filippinli keşişdir. O, ölkəyə fəhlə vizası ilə daxil oldu, İslamla tanış olduqdan sonra müsəlman oldu.”

Read Previous

İnşəllah şəhid edildi, lakin şəhadət barmağı enmədi

Read Next

İslamda uğursuzluq inancı varmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.