• 24 Noyabr 2024

Harvard universitetinin qapısına Quran ayəsi asılıb

nisa143-azmus
Pedoqoji heyət “ən-Nisa” surəsindəki ayəni ədalətin indiyədək ən gözəl izahı kimi xarakterizə edib.
Birləşmiş Ştatların nüfuzlu Harvard universiteti Hüquq fakültəsi kitabxanasını girişində Qurani-Kərimin “ən-Nisa” surəsinin 135-ci ayəsini yerləşdirib.

Rektoratlıq ayənin kitabxananın girişində “ədalət” məfhumunu hərtərəfli ifadə edən “Ədalət ifadələri” sərgisi çərçivəsində yerləşdirildiyini açıqlayıb. “Zaman” qəzetinin xəbərinə görə, Hüquq fakültəsinin pedoqoji heyəti sözügedən ayəni ədalətin tarixdə ən böyük izahlarından biri kimi xarakterizə edib.

Sözügedən ayə aşağıdakı kimidir:

“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!”

Read Previous

Əhmədi Necad: “Bəzi qüvvələr müsəlmanları şiə-sünni kimi parçalamağa çalışırlar”

Read Next

Türkiyədə ilk dəfə başıörtülü vəkil məhkəmə prosesində iştirak edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.