Kompleksə məscid, sağlamlıq mərkəzi, müftilik binası, İmam-Xətib liseyi, orta məktəb, yeməkxana və tədris binası daxildir.
Qana Dostluq və Yardım Dərnəyindən (QDYD) ölkədə Afrikanın ən böyük məscid kompleksinin inşa olunacağı bildirilib.
QDYD İdarə Heyətinin sədri Ramazan Arıtürk Qana müsəlmanlarının dini lideri İmam Osman Nuhu Şarabutu tərəfindən ölkədəki Hüdayi vəqfinə paytaxt Akranın ən sıx prospekti üzərində 18 min kvadrat metr ərazisi olan torpaq sahəsinin hədiyyə edildiyini bildirərək, sözügedən ərazidə Osmanlı memarlıq üslubuna xas məscid kompleksinin inşa olunacağını deyib.
Arıtürk kompleksdə məscid, sağlamlıq mərkəzi, müftilik binası, İmam-Xətib liseyi, orta məktəb, yeməkxana və tədris binasının fəaliyyət göstərəcəyini bildirib. Habelə o, artıq Akra Furqan məscidi və tədris mərkəzinin inşasına start verildiyini də sözlərinə əlavə edib.
Məscid kompleksinin inşasının 2 il ərzində başa çatdırılması nəzərdə tutulur.