“Kərəm Əbu Salim” keçid məntəqəsi keçmək üçün açıq elan olunacaq.
Keçid məntəqəsi zolağa tətbiq edilən embarqonun ləğvi çərçivəsində açılır.
İsrail Fələstinin Qəzza zolağının cənub-şərqindəki “Kərəm Əbu Salim” sərhəd-keçid məntəqəsini yenidən açmağa hazırlaşır.
İordan çayının qərb sahilindəki Fələstin hökumətinin İqtisadiyyat nazirliyi nəzdindəki İxracat Komitəsinin sədri Raid Fütuh “Anadolu” agentliyinə açıqlamasında İsrail rəsmilərinin sərhəd-keçid məntəqəsinin bugün açılacağını deyib.
Fütuh təkcə cümə axşamı günü humanitar yardım və ticarət malları yüklü 360 yük maşınının məntəqədən Qəzza zolağına daxil olacağını bildirib.
/azerimuslims/