Məsələ ilə bağlı Əfqanıstan prezidenti fərman imzalayıb.
Əfqanıstan prezidenti Həmid Qərzai İslam şəriətinin normalarına cavab verməyən film və verilişlərin translyasiyasının qadağan olunmasına dair göstəriş verib.
“RİA-Novosti” informasiya agentliyinin məlumatına görə, prezident bu barədə fərmanı ölkənin Alimlər Şurasının məktubla müraciətindən sonra verib. Şuranın prezidentə ünvanladığı məktubda bir sıra dövlət rəsmilərinin alkoqollu içkilərdən və narkotik maddələrdən istifadə etdiyi, eləcə də bir çox mağazalarda donuz əti satıldığı, telekanallarda isə şəriət normalarına zidd film və verilişlərin efirə verildiyi qeyd olunub.
Xəbərlərdə Qərzainin imzaladığı fərmanın icrasına nəzarəti ölkənin güc strukturlarına tapşırdığı da öz əksini tapıb. Qeyd edək ki, fərmanda Alimlər Şurasının narazılığa səbəb olan film və verilişlərin nümayişini davam etdirən telekanalların bağlanacağı da vurğulanıb.
/azerimuslims/