• 22 Noyabr 2024

İsveçdə ilk dəfə minarədən azan oxundu

 

is-namİsveçin paytaxtı Stokholmda minarədən ilk dəfə “Allahu əkbər” səsləri ucaldı.

Cümə namazında Fittja Ulu Camisinə axışan qürbətçilər həssas anlar yaşadı. Cümə günləri azan verilməsilə bağlı 2012-ci ilin yanvar ayında müraciət edilmiş, Botkirka Bələdiyyə Məclisinin müsbət qərarından sonra polis məsciddən səsucaldanla azan verilməsinə icazə vermişdi. İlk azana şahidlik edən Ulu Cami Dərnəyinin rəhbəri İsmail Okur, 1973-cü ildən Stokholmda yaşadığını, ilk dəfə bu qədər həyəcanlı olduğunu və çox sevindiyini bildirib “Bu səsə həsrət qalmışdıq.” dedi. İsveç televiziyaları bu azanı canlı yayımladı.

Azanın səsucaldanlarla veriləcəyini eşidən müsəlmanlar tarixi hadisəyə şahidlik etmək üçün Fittja Ulu Camisinə axın etdilər. İsmail Okur, minarədən azanın səsləndirilməsilə bağlı təklifi qəbul edən Botkirka Bələdiyə Məclisinin üzvlərinə və hər cür şəraiti yaradan İsveç polisinə təşəkkür etdi. Okur, minarədən azanın səsləndirilməsinin, İsveçin açıq cəmiyyət olmasının sübutu olduğunu qeyd etdi. İlk azanın sınaq məqsədi daşıdığını qeyd edən Okur fikirlərini belə davam etdirdi: “Gələcək həftədə mübarək doğum proqramı səbəbilə İsveçə gələn Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz və onunla birlikdə gələcək gözəl səsli müəzzinlə daha yüksək səviyyədə açılış həyata keçirəcəyik.”

Read Previous

May 2013

Read Next

Müsəlmanlardan üzr istədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.