37 yaşlı rusiyalı işadamı Andrey Baranov dörd il əvvəl gəldiyi Türkiyənin Antalya şəhərində İslamı qəbul etməsindən danışıb.
“Dörd il əvvəl mən Türkiyəyə işgüzar görüşə gəlmişdim. Həmin vaxt evində qaldığım tələbə yoldaşımın ailəsindəki abı-hava məni olduqca təsirləndirmişdi. Belə ki, tələbə yoldaşımın öz valideynlərinə olan hörməti məni yaxşı mənada təəccübləndirmişdi. Daxildən bir səs mənə: “Andrey sən müsəlman olmalısan”, – deyirdi. Aradan üç ay keçdikdən sonra isə mən İslamı qəbul edərək, adımı Əhməd kimi dəyişdim” – deyə Andrey Baranov bildirib.
Oruc tutduğu ilk gün həddən artıq susadığını xatırlayan Əhməd Ramazan ayında oruc tutmanın onu sonsuz zənginlikləri dəyərləndirə bilmə imkanı verdiyini deyib. İşadamı müsəlman olmazdan qabaq heç bir dini araşdırmadığını vurğulayaraq, indi isə bir müsəlmanı ağlayarkən gördükdə bundan çox pis olduğunu bildirib. Baranov oğlu Nikitanı əsl müsəlman gənc kimi böyütmək üçün çox çalışdığını qeyd edib.
/azerimuslims/