• 23 Noyabr 2024

Qurani-Kərimin Mahiyyəti

thumb[1]

Möhtərəm  möminlər!

Rəhman və Rəhim, Əziz və Hakim olan Uca Allahın son kitabı Qurani-Kərimdir. Qurani-Kərimin həm mənası həm də ləfzi Allahdandır. O Uca Allahın vəhyidir. Bu vəhy Cəbrayil aleyhissalam vasitəsiylə Peyğəmbərimizə nazil olmuşdur. Quran müsəlmanların dəyişməz qanunudur. Qurani Kərim heç bir kitaba bənzəməz. Qurani Kərimin ləfzini və mənasını heç kim dəyişdirə  bilməz. Çünki Uca Allah belə buyurur:  “Şüphəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu (artırıb əksiltmədən)  qoruyub saxlayacağıq.”[1]

Qurani-Kərim qiyamətə qədər davam edəcək bir möcüzədir. Bütün insanlar və cinlər bir yerə toplansalar belə Qurani-Kərim kimi bir kitab gətirməkdən acizdirlər. Qurani-Kəirm insanları qaranlıqdan aydınlığa çıxarmaq üçün göndərilmişdir. Qurani-Kərim, qəlblərin nuru, evlərin memarı və həyatın günəşidir. Uca Allah belə buyurmaqdadır:   “Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik.”[2] 

 Peyğəmbərimiz (s) isə belə buyurur:   “Qəlbində (Qurandan) bir ayə olmayan kimsə, xarab bir ev kimidir.”[3]

Elə isə müsəlman, könül evini xarab etməmək  üçün açıq-aydın bir nur, bir öyüd,  şəfa və rəhmət olan Qurani Kərimdən ayrılmamaq zorundadır. Qurandan ayrılan müsəlman, şah damarını kəsmiş deməkdir. Qurandan ayrılan müsəlman Allah ilə olan bağı, qoparmış deməkdir.

Bu baxımdan hər müsəlman, Qurana sarılmalı, və onu ailəsində  ən çox oxunan kitab halına gətirməlidir. Çünki Quran, həyat kitabıdır. Bunun üçün hər bir müsəlman ailəsi, övladlarına Quranı öyrətməli, onları Quranla şərəfləndirməlidir. Quran öyrənmək üçün vaxt sərf edərək bu yolda çalışmaq,   xarici dil və kampüter öyrənməkdən heç də az əhəmiyyətli deyildir. Necə ki Rəsuli Əkrəm (s) belə buyurur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir”[4]

Başqa bir hədisi şərifdə isə: “Quran oxu və yüksəl![5]” buyurulmaqdadır.

Əziz möminlər! Uca Rəbbimiz Qurani Kərimdə bizə : “Heç vaxt qafillərdən olmayın.” deyir. Allahdan və Peyğəmbərdən uzaqlaşmaq, Quran tərbiyəsində yetişməmək, qəflətin ən böyüyüdür.

 

   -Qurani-Kərim, bütün insanlığı Allaha iman və qulluq etməyə çağırmaqdadır. Çünki insanın yer üzündəki əsas vəzifəsi, Allaha iman  və qulluq etməkdir. Allaha iman və qulluqdan uzaq qalmanın sonu, peşmanlıq və əzabdır. 

    Qurani-Kərim bir həyat kitabıdır. Qəbiristanlıqda olanlara deyil bizə endirilmişdir. Quranı həyatdan uzaqlaşdırıb ölü kitabı halına gətirmək, müsəlmanların inkişafına ən böyü maniədir. Necə ki, Rəsulullah (s) belə buyurur: “Allah bu Quranla əməl edən millətləri yüksəldir. Onun izindən getməyənləri isə alçaldar və zəlil edər.” 

-Qurani-Kərim bütün insanlığı İslama, müsəlmanları da İslama görə yaşamağa çağırmaqdadır. Müsəlman həyatını İslama bağışlayan  insandır. Heç bir güc və təzyiq həqiqi müsəlmanı İslamdan uzaqlaşdıra bilməz.

-Qurani-Kərim, bütün bəşəriyyəti, Rəsuli Əkrəmə (s)  tabe olmağa, Onun verdiyini almağa, qadağan etdiklərindən  çəkinməyə çağırmaqdadır. Müsəlman yalnız Allah Rəsulunu (s) özünə örnək alan insandır.

-Qurni-Kərim bütün insanlığı axirət həqiqətinə, öldükdən sonra diriliş və haq hesab gerçəyinə inanmağa çağırmaqdadır.  

Əziz möminlər! Sizlərə Qurani Kərimin necə bir kitab olduğundan bəhs etdik. İndi isə Qurani-Kərimə qarşı vəzifələrimiz nələrdir.  Bir az onlardan bəhs edəcəyik. Qurani Kərimə qarşı birinci vəzifəmiz onun et dediklərini etmək etmə dediklərini etməməkdir.  Hər bir müsəlman Qurani Kərimin Allahın sözü olduğuınu bilməli və onu təcvid qaydalarına uyğun olaraq xətasız oxumalıdır. Quırani Kərim dəstəmazlı oaraq ələ alınıb “Əuzu Bəsmələ” çəkilərək oxunmalıdır. Qurani-Kərimi oxuyarkən mümkünsə  qibləyə qarşı dönməli və son dərəcə ədəbli və sayğılı olunmalıdır. Qurani-Kərim təmiz yerlərdə oxunmalı; başqa işlərlə məşğul olan, Quranı dinləməyən kimsələrin yanında və pis yerlərdə oxunmamalıdır. Başqasının oxuduğu Qurani Kərim sayğı və hörmətlə dinlənilməlidir. Necə ki Uca Allah belə buyurur: “Quran oxunan  zaman onu dinləyin və susun ki, bəlkə, (onun sayəsində)  rəhm olunasız.”[6]

Əziz müsəlmanlar, xütbəmə bir hədisi-şəriflə son verirəm: “Quran oxuyun. Çünki, Quran, qiyamət günündə onu oxuyanlara şəfaətçi olaraq gələcəkdir.”[7]

http://minber.az/sohbetler/Qurani_Kerim.mp3


19 İyul  2013 / 10 Ramazan  1434

 



[1] Hicr: 9.

[2] Nisa: 174.

[3] Tirmizi, Fəzailul-Quran 18

[4] Buxari, 5028

[5] Əbu Davud 1464

[6] əl-Əraf 204

[7] Müslüm, Müsafirin 252

Read Previous

Qurani-Kərimin Mahiyyəti

Read Next

Lə iləhə illəllah

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.