• 22 Noyabr 2024

Şərab zavodunu yenidən məscidə çevirirlər

Şərab zavodu yenidən məscidə çevirirlər

 

900 nəfər namaz qıla biləcəyi Qırmız məscid təmir edilir.

Rusiyanın Tomska şəhərində Qırmızı cümə məscidin bərpası üzrə işlər aparılır. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bərpa işləri 2014-cü ildə başa çatacaq.

Qırmızı məscid 1901-ci ildə iki köhnə taxta məscidin yerində tikilib. Əvvəlki iki məscid yanğın nəticəsində yox olub. Yerli müsəlmanların pulu ilə tikilmiş məscid 1904-cü ildə işə salınıb. 1920-ci ildə məscidi bağlayaraq kinoteatra çeviriblər. Daha sonra orada şərab zavodu yerləşib.

Hazırda məscidin 22 metrlik günbəzinin üzlənməsi aparılır. Tezliklə, hündürlüyü 44 metr olan minarənin qaldırılması planlaşdırlır. Qırmızı məscidin sahəsi 400 kvadratmetrdir, orada bir dəfəyə 900 nəfər namaz qıla bilir.

Mənbə: anspress.com

Read Previous

Türkiyədə ilk nüvə zavodu tikiləcək

Read Next

Misirli hakimlərdən vicdanı rədd

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.