• 24 Noyabr 2024

Allahşükür Paşazadə xəbərdarlıq etdi

Allahşükür Paşazadə xəbərdarlıq etdi

 

“Elə məscidlər var ki, orada axund və ya imam moizə oxumaq üçün öz əvəzinə ya qardaşını, ya dostunu, ya da hansısa yaxınını minbərə çıxarır”

“Azərbaycanda bəzi məscidlərdə həmin məscidə, dinə aidiyyəti olmayan şəxslər ənənəvi günlərdə çıxıb moizə oxuyub, dini çağırışlar edib qərarlar verirlər. Bu bizdə narahatlıq yaradır”.

Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayı ilə bağlı keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

O qeyd edib ki, məscidlərdə bu kimi hallar narahatlıq yaratdığından, QMİ bunun qarşısının alınması üçün tədbirlər görməlidir. G.İsmayılov Məhərrəm ayı müddətində məscidlərdə bu kimi hallara son qoyulacağına ümidvar olduğunu deyib. Komitə rəsmisi Məhərrəmlik ayında məscidlərdə zəncir vuraraq qan tökülmə hallarından da narahat olduqlarını bildirib.

Məsələyə münasibət bildirən QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu kimi halların olduğunu etiraf edib: “Mən bunu dəfələrlə qeyd edib xəbərdarlıq etmişəm. Elə məscidlər var ki, orada axund və ya imam moizə oxumaq üçün öz əvəzinə ya qardaşını, ya dostunu, ya da hansısa yaxınını minbərə çıxarır. Yəni ona etibar edilən vəzifəni icra etmir, başqa iş dalınca gedib öz vəzifəsini təsadüfi adamlara tapşırır. Mən bir dəfə demişəm və bu dəfə də son olaraq həmin axund və imamlara xəbərdarlıq edirəm ki, buna son qoysunlar. Onlar cəzalandırılacaqlar. Əgər hansısa axund və ya imam öz vəzifəsini icra edə bilmirsə, hər şeydən əvvəl ərizəsini yazıb işdən çıxsın və öz yerinə başqasını təyin etməsin”.

Mənbə: xezerxeber.com

Read Previous

Şeyxülislam Orxan Zeynalova görə Rusiya patriarxı ilə görüşəcək

Read Next

Yəhudi Gənclərdən İsrailə Etiraz Aksiyası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.