SUAL:Məhərrəm ayının fəziləti və bu ayda oruc tutmağın hökmü nədir?
CAVAB:“Məhərrəm” hörmət edilən mənasındadır. Bu ay , Hz. Peyğəmbər (səv ) tərəfindən Allahın ayı deyə adlandırılmışdır. Bu adlandırılma Məhərrəm ayının fəzilətinə, ilahi feyz və bərəkətinin bolluğuna işarədir.
Qəməri aylardan məhərrəmin onuncu günü Aşura günüdür. Bu gün oruc tutmaq sünnədir. Rəsulullah (səv) aşura günündə oruc tutmuş və oruc tutmağı tövsiyə etmişdir. Rəsulullah (səv) başqa bir hədisində belə buyurmuşdur: “Ramazandan sonra ən fəzilətli oruc, Allahın ayı olan məhərrəm ayının orucdur. Fərz namazlardan sonra ən fəzilətli namaz da gecə namazıdır.”
Hz. Peyğəmbər (səv) Mədinəyə gəlincə , Yəhudilərin aşura günündə oruc tutduqlarını görmüş və “Bu gün nə üçün orucu tutursunuz?” Deyə soruşmuşdur. “Bu , gün xeyirli bir gündür. Allah , o gündə Bəni İsraili düşmənlərindən qurtardı. (Şükür olaraq) Hz. Musa o gün oruc tutdu”. Dedilər. Rəsulullah (səv) də “Mən Musaya sizdən daha yaxınam ”. Buyurub o gün oruc tutdu və Müsəlmanlara da tutmalarını əmr etdi.
QAYNAQ: Diyanet işleri