İnsanlar ayda yaşayıb, işləyə bilərlər? Orda bir necə gün ya onilliklər qalmaq olar?
Bu sualların cavabını öyrənmək üçün NASA mütəxəssisləri 2015-ci ildə Aya bitgi toxumları göndərməyi planlaşdırır. ANS PRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, məqsəd toxumların ay şəraitində böyüyüb-böyüməyəcəyini yoxlamaqdır.
“Moon Express” kosmik aparatı ilə ilk olaraq kosmosa göndəriləcək 1 kq tutumu olan konteynerdə reyhan və turp toxumları aparılacaq. Konteynerin içərisində qidalandırıcı maddələr olan filtirlənmiş kağız olacaq. Aya enəndən sonra konteyner avtomatik olaraq su ehtiyatını açacaq. Oradakı hava 5 gün müddətində yetəcək. Əlavə hava vurulması nəzərdə tutulmur. Mütəxəssislər 5-10 gün ərzində toxumların inkişafını müşahidə edəcəklər.
Kontenerin içərisində həmçinin fotoları çəkib yerə göndərmək üçün fotokamera yerləşdiriləcək.
Mənbə
ANS PRESS