Almaniyada təxminən 650 min müsəlmanın yaşadığı Baden Württemberg Əyalətində artıq cənazəni tabutla dəfn etmə məcburiyyətinə son verildi.
Təxminən 11 milyon əhalisi olan əyalətdə yaşayan 650 min müsəlman bundan sonra İslami şərtlərə uyğun olaraq kəfənlə dəfn edilə biləcək.
Əyalət təmsilçiləri Yaşıllar və Azad Demokrat Partiyası (FDP) nümayəndələri kəfənlə dəfn əməliyyatının əyalətdə yaşayan müsəlmanların çətinlik çəkmədən cənazələrini Almaniyada dəfn üçün böyük bir asanlıq olduğunu ifadə etdilər. Almaniyada yaşayan müsəlmanlar qərara sevinməklə yanaşı bu tətbiqatın digər bölgələrdə də icra olunmasını arzu etdilər.
mənbə: dinihaberler.com