• 22 Noyabr 2024

ATA-ANAMIZA QARŞI VƏZİFƏLƏRİMİZ

anne baba bebek.hlargeQuran-i Kərimdə ata-anaya çox uca bir məqam verilmişdir. Ata-anaya, Allah üsyan xaricində hər mövzuda itaət edilməlidir.Allahu təalanın rizası, ata- ananın nzasındadır. ata-anaya asi olmaq, böyük günahlardandır.

Cənnət onların ayaqları altındadır, dualan qəbuldur. Bərəkət onlardadır. Həyatda olmaları, xeyir-dualarını əskik etməmələri bir nemətdir. Vəfatından sonra belə onların dostlarını axtarıb, hal-əhval tutmaq övladlarının boynunun borcudur. Yetişdirdikləri saleh övladlar sədəqəy i cariyə olaraq onların arxalarından savab dəftərlərini doldururlar.

Ata-ana hüququndan söz edildiyində ağla əvvəlcə vəfakar,cefakeş analar gəlməlidir. Bunun səbəbi ananın hamiləlik, doğum, əmizdirmə, uşaq baxımı kimi ağır yüklərə,sıxmtılara sinə gərməsidir . Peyğəmbər Əfəndimiz (səs), “kimə yaxşılıq edim Ya Rəsulul-lah”! deyə soruşan səhabəyə üç dəfə “anana” dedikdən sonra ancaq dördüncü dəfəsində “atana” deyə cavab vermişdir.

Anasıyla hər dərdini bölüşən, hər \zaman onunla birlikdə olan övlad, bir müddət sonra anasına minnət borcunu unudub, onunla üz-göz olub nankorluq etməyə başlar. Ümumiyyətlə çölədəkı insanlara göstərilən nəzakət və incəlik nədənsə analara  göstərilməməkdədir. Bunun qarşısını almaq üçün Peyğəmbər Əfəndimiz (sas) anaya itaəti, ona hörmət və ikramı israrla tövsiyə etmişdir.

Anaların ürəkləri incə, kövrək, əfləri isə çoxdur. Nə qədər əziyyət çəksələr də övladlarını bağırlarına basarlar. Bax buna görə də Allahu təalaya üsyan olmadıqca ata-anaya mütləq itaət əmredilərək, onların fitrətdən gələn bu gözəl duyğuları və hüsnü-ü niyyətlərinin övladlar tərəfindən istismarının məhv edilməsi istənmişdir.

Ata-anaya gözəl davranmaq, insana cihad savabı qazandırar, ömrün uzanmasına səbəb olar. Əgər ata-ana kasıblıq içində olub da övladlarını oxuda bilməmiş, bolluq içində yaşada bilməmiş olsalar belə onların ata-analıq haqlarında bir əskiklik meydana gəlməz. Övlada düşən hər nə olursa olsun onlara itaət etməkdir

Ata-analarına asi olanlar beş yüz illik məsafədən ətri hiss olunan cənnətin ətrini hiss etməzlər. Dünyada da, axirətdə də rahat ola bilməzlər. Ata-analarına itaətkar olanlar isə bit məz -tükənməz bəxtiyarlıqlar içərisindədirlər .

Hədisi şərifdə: “Ata-anaya itaət etmək; (nafilə) namaz, oruc, həcc, ümrə və Allah yolunda cihad etməkdən üstündür” buyurulmuşdur. Bu müjdələrə nail ola bilmək üçün övlad, ata-anasına qarşı davranışlarındakı ədəbə son dərəcə riayət etməlidir.

Ata-anası ilə çox nəzakətli və yumşaq danışmalıdır.

İçəri girdikləri zaman dərhal ayağa qalxmalıdır.

Hər fürsətdə əllərini öpərək , xeyir-dualarını istəməlidir. Çünki ata- analann övladları üçün etdiyi dua, Allah qatında məqbuldur.

Övlad, ata-anasının şəxsiyyətini, şərəf və etibarını zədələyici bir hərəkət etməməlidir.

Onların malını-sərvətini boş-boş yerlərə xərcləməməlidir.

Bütün işlərində ata-anasına məsləhətləşərək, fikirlərini öyrənməlidir.

Danışdıqları zaman onları dinləməli, sözlərini kəsməməli, qarşılarında yüksək səslə danışmamalıdır.

İşlərində köməkçi olaraq yüklərini yüngülləşdirməli, hədiyyələrlə onları məmnun etməlidir.

Ata-anasına qarşı etdiyi yaxşılıqları söyləyib, onların baçına çaxmamlıdır.

Onlara hiddətlə və üzünü turşudaraq baxmamalı, gülərüz və şirin dillə könüllərini almalıdır.

Ata-anasının icazəsini almadan səfərə çıxmamalıdır.

Xoşuna gəlməyəcək bir iş etdiklərində onları qınamamalı, qəlblərini qırmamaq şərti ilə onları xəbərdar etməlidir.

Ata-anasını adları ilə çağırmamalı, yanlarında ayaqlarını uzatmamalı, yığcam oturmalıdır.

Özü üçün istədiyi və razı olduğu şeyləri ata-anası üçün də istəməli, istəmədiyi və məmnun olmadığı şeyləri onlar üçün də istəməməlidir.

Xidmət və baxıma möhtac olduqları zaman onlara baxmalı, bezginlik əlaməti göstərilməməlidir . Qurani Kərimdə belə buyurulur:
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”– de. (İsra 23-24)

Övlad, ata-anası həyatda ikən onlar üçün bol -bol dua etdiyi kimi, vəfatından sonra da onlar üçün beş vaxt namaz sonunda və sair zamanlarda dua və istiğfar etməli, sədəqə verməli, qohumlarını, dostlarını ziyarət etməlidir.

Bilməlisiniz ki ata-anası vəfat edən övladın, etdiyi bir yaxşılığı, onlann niyyətinə edib, savabını onlara bağışlasa öz əcri və savabı əksiltilmədən eynisi onlara da verilir.

MƏNBƏ:

ailehayati.blogcu.com

Read Previous

Məhəmməd Mürsi edamla üz-üzə

Read Next

UŞAQLARDAKI MƏRHƏMƏT DUYĞUSU ONLARA GÖSTƏRİLƏN MƏRHƏMƏTLƏ İNKİŞAF ETDİRİLMƏLİDİR

One Comment

  • Əla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.