• 22 Noyabr 2024

UŞAQLARDAKI MƏRHƏMƏT DUYĞUSU ONLARA GÖSTƏRİLƏN MƏRHƏMƏTLƏ İNKİŞAF ETDİRİLMƏLİDİR

aileUşaqlar ata-analarında sevgi, hörmət və mərhəmət istiqamətində nə qədər gözəl nümunələr görsələr həyatları da elə formalaşar. Şiddət və kobudluq içərisində böyüyən uşaqlarda isə adətən xarakter pozuğunluğu görülməkdədir.

Hər ata-ana uşağının sağlam, vicdan və mərhəmət duyğusuna sahib bir fərd olmasını istər. İnsanlar arası problemlərin xüsusilə cəmiyyətdə ciddi bir problem olan şiddətin qarşısının alınması ancaq fərdlərin vicdan və mərhəmət sahibi olmalarıyla mümkündür. Bununla birlikdə uşağın yaradılışından var olan bəzi xüsusiyyətlərə diqqət edilməli, gözəl tərbiyə ilə bu xüsusiyyətlərin mənfi təsirləri aradan götürülmılidir. Uşağın ata-anasına, qardaş və yoldaşlarına qarşı mərhəmətsiz davranışları varsa bunlar xarakter inkişafıyla əlaqədardır. Yenə heyvanlara qarşı mərhəmətsiz, əşyaya xüsusilə oyuncaqlarına qarşı təxrib edici davranışlarının səbəbləri də yaxşı qiymətləndirilməlidir. Bunların yüngül səviyyədə olanları uşaqlıq və şəxsiyyət xüsusiyyətlərinə bağlı müvəqqəti xüsusiyyətlər olsa da bir qismi ciddi problemlərin xəbərçisi ola bilər. Məsələn 6 aylıq bir körpənin ailəsindən birini dişləməsi uşaqcasına bir davranışdır və ümumiyyətlə irəlidə görülə biləcək bir pozuqluğa işarə etməz. Ancaq o an uşağa bu davranışın doğru olmadığı, yüngülcə burnuna toxunaraq və ya səsli xəbərdar edilərək ifadə edilməli ki vərdiş halına gəlməsin. Bütün kobud davranışlar gözəl nümunələrlə və təyin olunan doğru sərhədlərlə önlənə bilər.

Daha böyük uşaqlarda görülən mərhəmətsiz, şiddət ehtiva edən davranışlar isə uşağın təməl ehtiyacları, təhsili və keçirdiyi zədələrə yönəlməyi tələb edir. Bunun üçün əvvəl uşağın etibarlı bir mühitdə yaxşı qorunması, əsas ehtiyaclarının qarşılanması, ana bətnindən etibarən zərərli maddələrdən uzaq olması lazımdır. Çünki duyğu və davranış sisteminin düzgün çalışması sağlam bir bioloji quruluşla mümkündür. Vicdan və mərhəmət duyğularının qeyri-kafi olduğu şəxsiyyət pozğunluqlarının təməlləri daha ana bətnindəki ilk günlərə qədər izlənilməkdədir. Ananın körpəsiylə sağlam bir ünsiyyət içində olması həyat yoldaşı ilə sevgi və hörmətə əsaslanan təmkinli, uyğun bir sevgi bağı içində olması ilə də yaxından əlaqəlidir. Ata-ananın uşaqla qarşılıqlı təsirinin kəsintili olduğu vəziyyətlərdə uşaqda da bəzi çatışmazlıqlar görülər. Əsasən əsəbi və gərgin ikən uşaqlara cəza verilmədə diqqətli olunmalıdır. Həddindən artıqolarsa uşaqda duyğusal zədələrə yol aça bilər, vicdan və mərhəmət duyğularını mənfi şəkildə təsir edə bilər. Ancaq heç bir ata-ana mükəmməl deyildir. Ata-ana uşaq tərbiyəsində səhvlərini gördükdən sonra zərərin harasından dönülərsə mənfəət olduğunu düşünərək davranışlarını düzəltməyə səy göstərməlidirlər.

MƏNBƏ:

zaman.com.tr

Read Previous

ATA-ANAMIZA QARŞI VƏZİFƏLƏRİMİZ

Read Next

MİSİRDƏ “MÜSƏLMAN BACILIĞI” PARTİYASI QURULDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.