• 25 Noyabr 2024

Sual: Qadınlardan gələn bəyaz axıntı dəstəmazı pozarmı?

destamaz-2Cavab: Fiqh mənbələrimizdə ön və arxadan çıxan hər şeyin dəstəmazı pozduğu qeyd olunur. Ancaq bunun bəzi istisnaları olduğu inkaredilməzdir. Bəyaz axıntı da bunlardan biridir. Qadının ön tərəfində görülən islaqlığa mənbələrimizdə “rütubətül-fərc” deyilir və o, tər ilə məzi arası bir “bəyaz axıntı” kimi tərif edilir.

İslam alimləri qadının cinsi orqanının dərinliklərindən (məsələn rəhmindən) gələn axıntının nəcis olduğunda həmfikirdirlər. Cinsi orqandan çıxan və dərinlərdən gəlməyən islaqlıq isə alimlərin əksəriyyətinə görə təmizdir. Daim soruşulan axıntı da, məhz bu axıntıdır. İmam Əbu Yusif və İmam Məhəmmədə görə isə, bəyaz axıntı tamamilə nəcisdir. Çünki nəcasət yerindən çıxır, lakin əksəriyyət təmiz olduğu rəyini mənimsəmişdir.

Odur ki, alimlərin əksəriyyətinə görə, qadınların cinsi orqanından gələn – dərinlərdən  gəlməməsi şərtilə bəyaz axıntı təmizdir. Bədəndən çıxan təmiz şeylər dəstəmazı pozmadığına görə bu axıntı da dəstəmazı pozmur. Bu, eynilə bədəndən çıxan tər, burun suyu, göz yaşı, tüpürcək kimi digər təmiz olan şeylərdən sayılır. Ancaq bu bəyaz axıntının dərinlərdən, yəni şəhvətlə gəlib-gəlmədiyi düzgün müəyyən edilməlidir, o cümlədən iltihablı olub-olmadığına diqqət edilməlidir. Əgər ehtiras nəticəsində gəlmişsə, yaxud iltihablı olarsa, pisdir və dəstəmazı pozar. Bu, bəzən qoxusundan və rəngindən aydın olur. Əgər aydınlaşdırmaq mümkün olmaz və şübhəli qalarsa, zərurət olduğu üçün həkimə müraciət etmək məqsədəuyğundur. Axıntı ilə bağlı bir nəticəyə gələ bilməyən və şübhəyə düşən qadınlar vəsvəsə qurbanı olmamaq və bu məsələni çıxılmaz bir vəziyyətə gətirməmək üçün, axıntının təmiz olduğuna qərar verib ibadətlərinə davam edə bilərlər. Çünki dinimiz asanlıq dinidir. Vəsvəsə isə insanın əsas düşməni olan şeytanın ən böyük silahlarından biridir. Axıntının nəcis ola biləcəyini düşünən qadınlar hər namaz üçün dəstəmaz alma imkanları varsa, vəsvəsəyə yol verməmək şərtilə İmam Məhəmməd və İmam Əbu Yusif kimi iki böyük imamın fikirlərinə əsasən bu həssasiyyətlərini mühafizə etməyə səy göstərməlidirlər. Ehtiyata müvafiq olan da, məhz budur.

mənbə:

irfandergisi.com

Read Previous

Sual: Xına, saç boyası, dırnaq lakı və dodaq pomadası kimi kosmetik vasitələr dəstəmaz və qüslə əngəl təşkil edirmi?

Read Next

Sual: Qüslda saçları açmaq və qulaq dəliyini yumaq vacibdirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.