• 22 Noyabr 2024

Son nəfəsimizi vermədən

456Ruhu Allah Təalaya təslim edərkən sayılı nəfəslərdir son nəfəs. Ariflər sabah edərəm deyənlər həlak oldu həqiqətinin hikmətinə çatmışlar. Mütləq sabahı olmayan bir gün, hər an gələ bilər. Bu sabahı olmayan gün bizi əbədiyyətə, yəni ya Cənnətə ya Cəhənnəmə aparar. Orada insanlar ancaq etdiyindən sorumlu tutulacaq. Bu dünyadakı kimi haqsız yerə etmədiyimiz şeylərdən deyil.

Hər an ilahi kameraların altında olduğumuzu bəzən unuduruq. Ancaq o kameralar bizi unutmur, etdiklərimizi hər saniyə qeyd edir. Ora sap ilə samanın ayrıldığı yerdir. Bu dünyada ayaqları başlarda gəzən neçə zalımların, neçə haqqı tapdalayanların özlərinin başı ayaqlar altında əzildiyi yerdir. Ora necə sultanların kölə, necə kölələrin sultan olduğu və məzlunların xəzinələrə qovuşub, necə qafil zənginlər də əbədiyyət füqərası və məşhur dilənçisi olduğu yerdir.

Orada yalnızca Haqqa sadiq qulların sədaqətlərinin və səlim qəlblərin faydası var. Bu xüsusda Mərhum Nəcib Fazilin bu xəbərdarlığı nə qədər hikmətlidir.

Hasis Sarraf, kendine bir başka kese diktir.

Mezarda geçer akçe neyse onu biriktir.

İnsan məzara girərkən ona sən nə qədər pul qazandın, hansı şəhərə, ölkəyə idarəçi seçildin, nə qədər insan səndən qorxurdu və yaxud nə qədər insan sənə hörmət qoydu deyə soruşulmayacaq. Ona pulu hansı yolla qazandın, insanlar sənə nə üçün və nə etdin də hörmət qoydular deyə soruşacaqlar. Əgər qul bu suallara doğru bir cavab versə demək ki, o, dünyada Haqq yolunda olub. Əgər yanlış cavab verərsə, demək ki, o, Haqq yolundan azanlardandır. Onlar “Ya Rəbbim bir şans daha gedim sənin istədiyin kimi dünya həyatı sürüm qazancımı ancaq Sənin yolunda xərcləyim, yetər ki, Sən şans ver!” bu zaman Fatur surəsinin 37-ci ayətindəki kimi “Biz sizə düşünüb ibrət alacaq kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi? Sizə xəbərdar edici (Peyğəmbər) gəlmədimi? Elə isə dadın əzabı! Zalımların heç bir yardımçısı yoxdur”.

“Ey Allahın o əzabından qorxanlar! İndi düşünün ki, vəfat etdiniz və dünyaya geri göndərildiniz. O həyəcan halını bir düşünün! O halda bu gün günah və məsiyyətə qətiyyən yaxınlaşmayın və mütləq bu günün bir anını boş keçirməyin. Onsuz ki, hər nəfəs daha biçilməyən bir nemətdir”.

mənbə:

bizim ailə jurnalı

Read Previous

SUAL:Qızıldan diş düzəltdirmək caizdirmi?

Read Next

Zərərli vərdişlər içki və qumar (görüntülü xütbə)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.