İraq telekanalları İŞİD-in ələ keçirdiyi Mosula yeni təyin etdiyi müftinin fətvası barədə xəbər yayıblar. Lent.az-ın məlumatına görə, müfti Süleyman Tarik İŞİD döyüşçülərinə müraciət edərək, “ələ keçirdiyiniz yerlərdə bütün qadınlar və qızlar sizin halalınızdır” – deyə fətva verib.
Məlumata görə, bu fətva yerli sünni imamların dərin narazılığına səbəb olub. Onlar müftidən fətvasını geri götürməyi tələb etsələr də, o, bununla razılaşmayıb. Mosul müftisinin fətvasına qarşı şəhər meydanında etiraz edən Buzun və Revanduz kəndlərinin imamları isə edam edilib.
mənbə: