Qulun heç bir əməli, ona lütf olan nemətlərin şükür borcunu tam olaraq ödəməyə kafi gəlməz. Bunun üçündür ki, saleh və arif qullar və hətta peyğəmbərlər belə, tək əməllərinin müqabilində deyil, buna əlavə olaraq Allahın əfv və mərhəməti ilə hesaba çəkilməyi arzu edərlər.
Necə ki bir gün Allah Rəsulu -səllallahu əleyhi və səlləm- səhabələrini ifrat və təfritdən uzaq, orta yollu bir qulluq həyatı yaşamağa dəvət edərək:
“Orta yolu tutun, (Kitab və Sünnənin istiqaməti üzrə) doğru olun. Bilin ki, heç biriniz əməli sayəsində qurtuluşa çata bilməz. “Buyurmuşdu. Səhabələr:
“Siz də mi xilas ola bilməzsiniz, ey Allahın Rəsulu?” Deyə heyrətlə soruşdular. Əfəndimiz s.ə.s:
“(Bəli) mən də Kurtula bilmərəm. Ancaq Allah, rəhmət və kərəmi ilə məni bağışlamış olsa, o başqa! “Cavabını verdi. (Müslim, Münâfikîn, 76, 78)
Digər bir hədisi–şərifdə də belə buyurulur:
“Bir adam, doğulduğu gündən, yaşlanıb öldüyü günə qədər Allah rizası üçün və itaət niyyəti ilə alnını yerdən qaldırmayıb ibadət etsə, o adam yenə də qiyamət günü əməllərini az görür.” (Əhməd, c. IV, s. 185)
Əməllərimiz qurtuluşumuza kafi deyil
Yəni abid bir mömin belə əməllərinin qurtuluşuna kafi gəlməyəcəyini anlar. Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm də gecələri ayaqları şişənə qədər namaz qıldığı halda yenə də:
“Allahım! Səni layiq olduğun şəkildə mədh etməkdən acizəm! Sən özünü necə mədh-səna etmisənsə eləsən! “(Müslim, Salat, 222) niyazını edərək insanoğlunun bu xüsusdakı mütləq acizliyini bəyan etmişdir. Bu səbəbdən bizlərə düşən, heç bir zaman itaəti əldən bırakmamaqla birlikdə, əməllərimizlə özümüzü təsəlli etməyib Allahdan əfv və kərəm diləməkdir.
Xülasə, insanların fani ləzzətlər və nəfsani arzular məngənəsində və ruhi böhranların girdabında sanki boğulduğu indiki vaxtda, üzərimizdəki ilahi məsuliyyətin daha da ağırlaşmış olduğu şübhəsizdir.
Rəbbimiz, üzərimizdəki məsuliyyəti lazımi qədər anlamamızı nəsib etsin! Qüsur və noqsanlarımızı bağışlayıb bizləri cənnət və camalıyla şərəfləndirsin! Amin…