Dünyada zəif güclüyə, kasıb zənginə, şikəst sağlama möhtacdır. Axirətdə isə güclü zəifin, sağlam şikəstin, zəngin kasıbın duasına möhtacdır.
Möminlər, fərqli bədənlərində olsalar da sanki tək ürək halında yaşayıb bir-birlərini bir bədənin üzvləri kimi dərk etməyə məcburdurlar. Bir üzvün ağrısını bütün bir bədənin hiss etdiyi kimi, din qardaşlarının dərdini hiss etmək, bütün möminlər üçün bir vicdan imtahanıdır. Çünki Cənabi–Haqq, insanları bir-birinə möhtac bir halda yaratmışdır.
Cəmiyyətdə güclülər–qüvvətlilər olduğu kimi, zəiflər, şikəstlər və möhtaclar da daima mövcud olacaq. Özümüzə soruşmalıyıq: “Cənabı Haqq bu insanları niyə möhtac olaraq yaratdı?” Cavabı isə məlumdur: “Möhtac olanlar, möhtac olmayanlar üçün ilahi bir əmanət və məsuliyətdir.”
Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm də, möminlərin bir-birlərinə qarşı böyük məsuliyətlərinin olduğunu, bir divarın kərpicləri kimi bir-birinə bağlanmaları lazım olduğunu, məsələn qonşusu ac ikən tox yatmanın İslam əxlaqıyla uyğun gəlmədiyini, nəhayət möminlərin bir-birini yuyan iki əl kimi daima bir-birlərinə əmanət olduğunu bildirmişdir. Bu səbəblə insanlar, bir-birlərinə həm möhtac həm də zimmətlidirlər.
Kasıb bir kimsə, dünya həyatında zənginə möhtacdır. Zəngin isə, axirət salamatlığı üçün kasıbın duasına möhtacdır. Xəstəlikdən əziyyət çəkən bir kimsə, özünə baxması üçün sağlam bir insana möhtacdır. Sağlam bir kimsə də, xəstənin Cənabi–Haqq ilə arasında pərdə olmayan duasına möhtacdır. Övlad, dünyada ata- anasının verəcəyi tərbiyəyə möhtacdır. Valideynlər, övladlarını xeyir hasənat ilə yad etməlidirlər. Çünki onlar da axirətdə, övladlarından gələcək hər cür sədəqə və ehsana möhtacdırlar.
Beləcə bu düşüncə ilə xidmətlərə yönəlmək və hər cür xidmət fürsətini qənimət bilib onu böyük bir fərasətlə qiymətləndirmə səyi içində olmaq lazımdır. Daha əvvəl də ifadə etdiyimiz kimi, imanın ilk meyvəsi mərhəmətdir. Lakin mərhəmət hissi, davranışlarla ortaya qoyulmadığı zaman isbata möhtac bir iddia olaraq qalmağa məhkumdur. Onun ən gözəl hərəkəti ifadəsi də, Allah üçün edilən xidmətlərdir. Məxluqata Xaliqin rəhmət nəzəriylə baxabilmə həssaslığı də yenə xidmət sayəsində qazanılır.
Dilimizdəki şükrümüzü hərəkətimizlə təsdiq edə bilmək üçün, yenə möhtacların xidmətinə qaçıb onların ehtiyaclarını qarşılamağa səy göstərmək lazımdır. Bunu da heç bir zaman unutmamaq lazımdır ki; Allah üçün edilən bir xidmətə, xidmət ediləndən çox, xidmət edən möhtacdır. Yəni bizim, kamala çata bilmək və axirət salamatlığına nail ola bilmək üçün xidmət etməyə ehtiyacımız vardır. Bu səbəblə, xidmət etdiyimiz insanlara minnətdar olmağımız lazımdır. Çünki onlar, bizim Cənabı Haqqa yaxınlıq qazanmamıza vəsilə olmaqdadırlar.
mənbə:
One Comment
Birinci növbede Allaha möhtacdırlar insan insana möhtacliqsa Allahın insanlari 72 Ayrilmamasi üçün bu qaydanı dünyaya teyin etdiyi Açıqdır O alemlerin rebbidir her bir Alem ister istemez ona möhtacdir imtahanin sirri ele budur ki yardim ededir ya yox