Aşağıdakı kimi qırx cümlədən ibarət olan xalis möminin sifətlərini göstərən bir siyahını qarşımıza qoyub öz Müslümanlığımızı müsbət və ya mənfi işarələmələrlə test etsək, necə bir nəticə ilə qarşılaşarıq görəsən? Elə sanıram beləsi bir vəziyyət, bir çoxumuzu haqlı olaraq maraqlandıracaqdır. Aşağıdakı siyahı, öz-özümüzün tərəfini saxlama riskinə baxmayaraq, bunu test etmək istəyən oxucular üçün hazırlanmışdır.
1. “Həqiqi mömin” Allahın əmr etdiyi, Hz. Peyğəmbərin yetişdirmək üçün səy göstərdiyi və müsəlman cəmiyyətin sahib olmaq istədiyi bir insan olmalıdır.
2. Həqiqi mömin, könül evində yaxşı niyyətli olabiləndir.
3. Həqiqi mömin, bütün işlərini gözəl niyyətlə, Allah üçün edə bilən müsəlmandır.
4.Həqiqi mömin, dərin bir məsuliyyət hissi və şüuru içində yaşamağı özünə şüar edən və bunu bacarmaq üçün səmimiliklə didinən adamdır.
5. Həqiqi mömin, düşüncələri, duyğuları və davranışlarıyla Hz. Peyğəmbərin təlimlərinə tam bir təslimiyyət içində olan müsəlmandır.
6. Həqiqi mömin fərdi qənaətlərlə hərəkət edilməsi halında böyük fəlakətlərin qaçılmaz ola biləcəyini bilən, ancaq, Kitab və Sünnəyə əməl edilməsi halında isə bu cür fəlakətlərdən uzaq qalınacağını düşünən bir inanc adamıdır.
7. Həqiqi mömin, Sünnəyə bağlı yaşayan, Sünnəyə görə müsəlman olandır.
8. Həqiqi mömin olmanın səhhət şərti Sünnəttir
9. Dindarlıq sanaraq xurafat və batil inanclara sarılmaq, xalqımızın ifadəsiylə, səhv qapıları döymək və aldanmaktır. Bu səbəblə həqiqi mömin, bidət və xurafatdan uzaq bir anlayış və həyat sahibidir.
10. Bütün düşmənlərə və düşməncə yanaşmalara qəhr edici cavab, daha yetkin mömin olmağa çalışmaqla verilir. Həqiqi mömin, bu cihadı icra etmə səyi içində olan adamdır.
11. Həqiqi mömin üçün maddi və ya mənəvi yüksəlişin əməldən və qulluqdan başqa etibarlı bir yolu yoxdur.
12. Həqiqi mömin, Rəbb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq Məhəmməddən razı olan və bu razılığa sahib çıxa bilən, sadiq qala bilən kimsədir.
13. Həqiqi mömin, “Hamınız Allaha gedən doğru yolu tutun, Ondan bağışlanmaq diləyin …” ayəsindəki istiqamət / dürüstlük çağırışına uyabiləndir.
14. Həqiqi mömin, üstün əxlaqlı olandır. Əxlaqsızın yaxşılığı, müsəlman da olsa, böyük bir yalandır.
15. Dünya və axirətin xoşbəxtliyi, gününü gün etməklə deyil, gününü mümkün qədər İslam ilə qiymətləndirməklə əldə edilə bilər. Həqiqi mömin bunu gərçəkləştirəbiləndir.
16. Həqiqi mömin, bütün Müsəlmanları qucaqlayan bir könül həssaslığına sahib olandır.
17. Həqiqi mömin paylaşmağı və məhsuldar olmağı bacara bilən adamdır.
18. Həqiqi mömin, digərmüsəlman qardaşlarına əliylə və diliylə zərər verməməyi mənimsəyən və bunu davam etdirməyə çalışan adamdır.
19. Həqiqi mömin xüsusilə dilinə və belinə sahib çıxa bilən adamdır.
20. Həqiqi mömin, bütün müsəlmanları qardaş bilən adamdır.
21. Həqiqi mömin, din qardaşlığını ön planda tutma fikrinə və düşüncəsinə sahib çıxan müsəlmandır.
22. Həqiqi mömin, soy–sopunu, nəsəbini önə çıxaran deyil, axirətdəki hesabda işə yarayacaq olan əməlin arxasında olandır.
23. Yetkin mömin, həqiqətlərin olduğu kimi ortaya qoyulması, müdafiə edilməsi və yayılması üçün çalışan və bunun bir əvəzi olacaqsa onu da boynuna götürməkdən çəkinməyən adamdır.
24. Həqiqi mömin, haqq tərəfdarı olaraq həyatını davam etdirməyi günün cihadı bilən adamdır.
25. Həqiqi mömin bir ilan deşiyindən iki dəfə dişlənməz.
26. Həqiqi mömin, içinə yatmayan və ya içinin isinmədiyi mövzulardan uzaq qalmasını bacaran adamdır.
27. Həqiqi mömin, yaxşıları özünə dost edən və yaxşılara dost olan kimsədir.
28. Həqiqi mömin, Allah salamını kimsədən əsirgəməyən Müsəlmandır.
29. Həqiqi mömin boş şeylərlə nə söz, nə hərəkət, nə də fikir olaraq vaxt keçirməyən adamdır.
30. Həqiqi möminin imanı, qorxu və ümid kimi də, köklü və davamlıdır.
31. Həqiqi mömin, böhranlı zamanların, böyük məfkurələr üçün ən uyğun yayılma anları olduğunu bilən və ümidsizliyə düşməyən adamdır.
32. Həqiqi mömin, daima özündən gözlənilənləri yerinə yetirmənin, öz əskiyini tamamlamanın arxasındadır.
33. Həqiqi mömin söz ilə yetinməz, əməlləri ilə yaxşılığını ortaya qoyar.
34. Həqiqi mömin, Allah qatında və cəmiyyət nəzdində olan etibar və hörmətini dünyaya və insanların imkanlara qarşı dəyişməyən kimsədir.
35. Həqiqi mömin, öz səhvini dərhal düzəltmək üçün səy göstərən adamdır.
36. Həqiqi mömin, heç səhv etməyən və ya öz səhvini kiçik görən deyil, işlədiyi böyük–kiçik səhvin affettirməsini bilən, günahlarından təmizlənəndir.
37. Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar.Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər.Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! (Mutaffifin 22-26)
Belə bir yarışda qazanmaq və beləsi bir nəticəyə çatmaq üçün həqiqi bir mömin olmaqdan başqa çarəmizin olmadığı açıqdır.
38. Həqiqi mömin yaxşılığı fərd planından cəmiyyət planına çıxarmağa çalışan adamdır.
39.Həqiqi mömin, məsuliyyətində rəqəmlə ifadə edilə biləcək bir sərhəddin olmadığını bilən adamdır.
40. Həqiqi mömin, müsəlmanlığa görə müsəlman olandır.
mənbə: