• 22 Noyabr 2024

Ehtiyacı olan qədərlə yetinmək

 ehtiyacƏbu Hurəyrə (ra)-dan Peyğəmbər əfəndimiz (səs)-in belə dediyi rəvayət edilmişdir:

“İsanlar üzərinə elə bir zaman gələcəkdir ki, bir kimsə halaldan mi haramdan qazandığına əhəmiyyət verməyərək alacaq(Buxari).
Bu hədisişərif peyğəmbərimiz (səs)-in möcüzələrindəndir. Çünki hədisdə deyilənlər eynilə olmuşdur.
Haram loxmadan bəslənən, böyüyən insan vücuduna cəhənnəm atəşi daha yaxşıdır.” (Münavi) buyurulmuşdur.
İki dirhəmə malik olanın hesabı bir dirhəmə malik olan kimsənin hesabından daha çətindir.”
Haram loxma yeyən kimsənin qırx gecə namazı qəbul edilməz, qırx gün duasına razılıq olunmaz.” (Ramuz)
Bir zaman gələcək ki, insanlardan faiz yeməyən qalmayacaq. Faiz yeməsə belə onun tozu torpağı ona bulaşacaq.
İmamı Əzəm Əbu Hənifənin bir kimsədə alacağı vardı. Bir gün bir cənazə namazında O, borc olduğu həmin şəxsin divarının kölgəsində dayanmaqdan imtina etdi. Əgər alacağam olan bu kimsənin evinin kölgəsində otursam faizə girmiş olaram. Faiz isə haramdır “.Dedi.
Abdullah ibn Mübarək, Bağdad şəhərinə gəldi. Çox bahalı bir atı var idi. Bir yerdə namaza durdu. Namaz qıldığı müddətdə də atını da sərbəst buraxdı. Namazda ikən at bir əkinə girdi. Haram olan əkini yediyindən o ata minmədi. Atını orada qoydu. Öz yoluna davam etdi.

Ey oğul!
CənabiHaqqın istəyi ilə sənə gənc yaşda tövbə ilə mənəviyyata yönəlmək nəsib olmuşdur. CənabiHaqq nəfs şeytandan səni bu tövbə üzərinə qorusun.
Bu yolda məsafə qat etmək üçün mübahların belə çoxundan çəkinərək zərurət miqdarı ilə kifayətlənmək lazımlıdır. Bu zərurət miqdarının ölçüsü qulluq vəzifəsini ifa etməyə yetəcək  qədərdir. Məsələn yeməkdən məqsəd ibadətə qüvvət qazanmaq; geyinməkdən məqsəd sətri övrət isti ilə soyuğun təsirindən qorunmaqdır.
İnsanın xeyirli əməl qazanacağı zamanı gənclik illəridir. İgid odur ki vaxtını qaçırmadan fürsəti qənimət bilir. Çünki ehtimal ki, qocalıq zamanına çata bilməz. Çatsa belə imkan qüvvət tapa bilməz. Buna görə fürsət zamanı, ancaq qüvvət iqtidarın əlində olduğu günlərdir. Dolanma dərdi, övlad narahatlığı heç bir zaman ibadəti təxirə salma səbəbi ola bilməz. Necə ki Peyğəmbərimiz Sabah edərəm deyənlər həlak oldu.” Buyurur.
Dünya işlərini sabaha buraxıb bu günü axirət əməliylə keçirmək nə gözəldir. Əsla qaçırılan zaman geri gəlməyəcək. Gənclik çağı nəfs şeytanın şiddətiylə zəbt edildiyindən az əmələ çox əcr vardır.
İnsanın yaradılışının hikməti, yemək, yatmaq boş vaxt keçirmək deyil, ibadət vəzifələrini ifa ilə mütəvazi bir davranışla  Haqqa iltica etməkdir. Şəriətin əmr etdiyi hər ibadətin ədasında məqsəd qulların mənfəət məsləhətləridir. Yoxsa Allahın bunlara bir gün belə ehtiyacı yoxdur. Haqq təalaya qullarını hər zaman qullarını əmr nehiylerle ucaltmış yüksəlmə yolları açmışdır. Biz aciz qullara düşən bunların şükrünü tam olaraq ifa eylemektir.
mənbə: Mahmud Sami Ramazanoğlu (rahmətullahi aleyh)

Read Previous

Həqiqi mömin kimdir və necə olmalıdır?

Read Next

Sənin sevginə həsrətəmmiş. (məktub)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.