Nəfsi cilovlamağın ən asan yolu
Nəfsin azğınlıqlarını cilovlamağın ən asan yolu, onu aclıqla tərbiyə etməkdir. İnsan tok ikən, sağlamlığı və gücü-qüvvəti yerindəykən, özünü ehtiyacsız, qüsursuz və nöqsansız görür. Acizliyini unudaraq kibirlənməyə cəhd edir.
Buna müqabil; xəstə, kasıb, zəif və möhtac halda ikən, təkəbbürlənməyə və qürurlanmağa amanı qalmaz. Qul, acizliyini aclıqla daha yaxşı idrak edər. Nemətlərin qədrini anlayar. Cənabi-Haqqa həmd və şükür duyğuları artar.
Beləliklə əsl məharət; möminin zəiflik və acizlik zamanında olduğu kimi; güclü, varlı və sağlam zamanlarında da, özünü Rəbbinin hüzurunda ən aciz mövqedə görəbilməsidir.

Oruc qalxandır! İnsana acizliyini ən yaxşı hiss etdirən oruc ibadəti də, nəfs canavarını öz idarəsi altına alan və beləliklə ehtiras və azgınlıklara sərhəd çəkən, ayrıca mərhəmət və şəfqət duyğularının inkişafını təmin edən ruhi bir intizamdır.
Necə ki Rəsulullah (səv) Əfəndimiz: “Oruc qalxandır.” Buyurmuşdur. (Nəsai, Sıyam, 43) Orucun qalxan olması; nəfsani arzuları çökdürərək nəfsin günahlara olan meylini qırması və beləcə Cəhənnəmlə qul arasına pərdə olması deməkdir. Bunun üçün də yalnız mədəyə deyil; gözə, qulağa, ürəyə və xüsusilə dilə oruc tutduraraq, bütün bu əzalarımızı da günahlardan qorumaq lazımdır. ORUCUN məqsədi Yəni orucun bir məqsədi də insanı çirkinliklərdən, günah və pisliklərdən qorumaq surəti ilə Cəhənnəmdən qorumasıdır. Ayəti-kərimədə buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”(Əl-Bəqərə, 183) Yahya bin Muaz (ra) nə gözəl buyurur: “Məəttəl qalınır o adama ki, xəstəlik qorxusuyla yeməkdən pəhriz edər, ancaq, Cəhənnəm qorxusuyla günahlardan pəhriz eyləməz.” Mənbə: