• 24 Noyabr 2024

QURAN TƏDRİSİNİN ƏHƏMİYYƏTİ

quranHaqq-Təala bizə Qurani-Kərimi bir hidayət rəhbəri,könüllərə şəfa və rəhmət olaraq ərməğan etmişdir. Allaha inanan bir insan üçün ən böyük dünya və axirət neməti,Qurani-Kərim və Sünnəti-Səniyyənin hikmətinə görə ruhani bir həyat yaşaya bilmək və ömür boyunca Quranın xidmətində dura bilməkdir.

      Allah-Təala(c.c) buyurur: “O(Quran), aləmlər üçün ancaq bir öyüd-nəsihətdir. Sizdən doğru yolu tapmaq istəyənlər üçün”.(Təkvir 27,28)

Hədisi-şəriflərdə belə buyurulur:

“Quranı oxuyun.Çünki Quran,qiyamət günündə özünü oxuyanlara şəfaətçi olacaqdır”.(Müslim,Müsafirin 252)

“Qiyamət günündə Quran və dünyadakı həyatını ona görə tənzim edən Quran əhli kimsələr məhşər yerinə gətirilərlər.Bu arada Quranın önündə Bəqərə və Ali-İmran surələri vardır.Hər ikisi də, özlərini oxuyanları müdafiə etmək üçün yarışarlar”.(Müslim,Müsafirin 253)

Bundan  başqa,“Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədənlərinizdir” (Buxari,Fəzailül-Quran,21), buyuran Allah Rəsulu(s.ə.s)ümmətinə hər zaman Quranın təlimində böyük bir nümunə olmuşdur.Ənəsdən (r.a),Rəsulullahın(s.ə.s)belə buyurduğu rəvayət edilir:

Rəsulullar (s.ə.s)buyurdu:

İnsanlardan Allah əhli olanlar var.

Səhabələr soruşdular:

– Onlar kimdir,ey Allahın Rəsulu?

Rəsulullah belə buyurdu:

-Quran əhli olanlar,Allah əhli və Onun xas qullarıdır”.(Sünən-i İbni Macə,I,78)

Qurani-Kərimin kamil mənada təhsili üçün  üç mərhələyə riayət edilməlidir:

1. Qurani-Kərim doğru bir şəkildə üzündən oxunmalı,tilavət və təcvidinə diqqət edilməlidir.

Allah-Təala ayəti-kərimədə belə buyurur:

“Quranı dənə-dənə oxu!”(Müzzəmmil,4)

Hədisi-şərifdə də Quranı gözəl oxumaq təşviq edilməkdədir:

Quranı layiq olduğu kimi gözəl oxuyan kimsə,vəhy gətirən mələklərlə bərabərdir”.(Buxari Tövhid, 52)

 2.Qurani-Kərimi anlaya bilmək.

Yenə Qurani-Kərimdə buyurulur:

“Andolsun ki,biz Quranı,ibrət almaları üçün asanlaşdırdıq.Bəs ibrət alan biri yoxdurmu?” (Qamər, 32)

Haqq-Təala Qurani-Kərimin lazım olduğu kimi idrak edilib,hadisələrin Quran məntiqi ilə təfəkkür edilməsini əmr etməkdədir.Allah tərəfindən bəndələrə verilən ən böyük nemət olan və səadətə də, səfalətə də səbəb olan ağlı,vəhyin möhtəvasında istiqamətləndirmək ən mühim vəzifəmizdir.

Rəsulullah (s.ə.s),Quranı anlayaraq oxuyan və hökmlərini həyatında tətbiq edənlərə,Allah-Taəlanın böyük lütflər ehsan edəcəyini bildirərək belə buyurmuşdur:

Bir qrup insan Allahın evlərindən birinə toplanıb Allahın kitabını oxuyar və aralarında müzakirə edərlərsə,onların üzərinə sükunət enər,onları rəhmət  və mələklər əhatə edər.Allah-Təala onları öz nəzdində olanlar arasında zikr edər”.(Müslim,Zikir,38)

    3.Qurani-Kərimin buyurduğu kimi yaşamaq.

Qurani-Kərimi öyrənmək qədər onu həyatımıza tətbiq etmək də mühimdir.Çünki Quranın Allah-Təala(c.c)tərəfindən göndərilməsinin əsl səbəbi bizim ona uyğun yaşamağımızdır. Allahın razı olacağı bir qul ola bilmək üçün Quranın qəlbdə yer tapması lazımdır.

Bütün insanlığa nümunə olan Allah Rəsulunun (s.ə.s) həyatı tamamilə Quran çərçivəsi içərisində keçmiş,hər hal və hərəkəti Qurana uyğun gerçəkləşmişdir.

Allah Rəsulunun (s.ə.s)“peyğəmbər əxlaqı”na bürünərək “nümunəvi bir nəsil” olan əshabi-kiramın, Qurana olan münasibəti bizim üçün bir ibrətdir. O mübarək insanlar,“Quran əxlaqı”na bürünərək, Qurani həqiqətlərin cənnətində yaşadılar. Quranın ülvi sədasını dünyanın dörd bir tərəfinə çatdırmaq üçün canlarını və mallarını fəda etdilər.Onların Quran oxuyuşu sadəcə sözləri tələffüz etməkdən ibarət deyildi.Onların oxuyuşu,Quranın hikmət və sirlərinin dərinliklərinə dalaraq,ondakı ilahi nöqtələri qavrayaraq və yaşayaraq edilən bir oxuyuş idi.Çünki Qurandan həqiqi mənada ancaq belə istifadə edilir.

Qurani-Kərimə qarşı mühüm bir vəzifəmiz də onu övladlarımıza öyrətməkdir. Biz valideynlər övladlarımızın səadətinin, Quran əxlaqı və tərbiyəsi ilə mümkün olacağını bilməliyik.

Rəsulullah (s.ə.s) övladlarımıza Qurani-Kərim öyrətməyimizi təşviq edərək belə buyurmuşdur:

Övladına Qurani-Kərim öyrədən valideynə qiyamət günü Cənnətdə nurdan tac geydirilər”.(Əl-itqan,IV,104)

Əshabi-kiram həzrətləri də Quranın  öyrənilməsinə və öyrədilməsinə çox əhəmiyyət vermiş və  bu yolda böyük fədakarlıqlar etmişdir.

Allah Rəsulunun və əshabının Quranı bilən,əhkamıyla yaşayan insanlara böyük diqqət göstərməsi səbəbiylə, biz də nəsillərimizin Quran öyrənmələri vəonun bərəkətinənail ola bilmələri üçün əlimizdən gəldiyi qədər səy göstərməli və bu uğurda bütün fədakarlıqlara qatlanmalıyıq.Unutmamalıyıq ki,Qurana qarşı göstərilən ehmalkarlıq qədər insanın mənəvi həyatını qaraldan başqa bir xəta yoxdur.

Allah və Rəsulunun razı olduğu bir bəndə ola bilmək üçün başda özümüz olmaqla, övladlarımız və cəmiyyətimizlə birlikdə Quran mədəniyyətinə sahib olmalıyıq.

Rəsulullah(s.ə.s) Quranın elm və hikmətiylə istiqamətlənən,əxlaqıyla əxlaqlanan və övladlarına Quranı öyrədən ana və atalara aşağıdakı müjdəni vermişdir:

“Uşaqlarınızı üç xüsusda yetişdirin: Peyğəmbər sevgisi, Əhli-Beyt sevgisi və Quran qiraəti.Çünki Quran hafizləri heç bir kölgənin olmadığı qiyamət günündə peyğəmbərlər və Allah dostları ilə bərabər ərşin kölgəsində olacaqlar”.(Münavi,I,226)

Nə xoşbəxtdir övladlarına və gələcək nəsillərə şərəfli bir xidməti ifadə edərək,Allahın hüzurunda Qurani-Kərim nemətinin məsuliyyətindən bəraət ala bilənlər! Ya Rəbb, bizi də Qurana xidmət edən  bəxtiyar qullarından eylə! Ya Rəbb,vətənimizi,xalqımızı və bütün ümmətimizi Quransızlıq,imansızlıq və əxlaqsızlıqdan mühafize eylə! Amin!

Mənbə:

irfandergisi.com

Read Previous

Qədr gecəsi

Read Next

Uşaqlarımıza ramazanı necə sevdirməliyik.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.