• 25 Noyabr 2024

Uşaqlarımıza namaz necə sevdirilməlidir?

cocuklara_namaz_oyretmePeyğəmbər əfəndimiz (səv)-in: “Hər doğulan uşaq islam fitrəti üzərində doğar. Sonra ata-anası onu Yəhudi yaxud Xristian və ya Məcusi edər” hədisi, dini inancın, məlumat, təcrübə və vərdişlərin təhsili nəticəsində formalaşdığını ortaya qoymaqdadır. Bu isə bizə İslamda təhsilə güclü bir dəyər verildiyini və valideyinlərə ciddi bir məsuliyyət yükləndiyini göstərməktədir. Uşağın tərbiyəsi, onun sahib olduğu qabiliyyətlərə uyğun olaraq insandakı islam fitrətinin yüksək dərəcəyə çatmasıdır. Valideynlərin bu səyi nəticəsində uşaq, həm fitrətinə uyğun bir həyat davam etdirə biləcək, həm də sahib olduğu qabiliyyətləri davranışlarında əksetdirəcəkdir. Bu səbəblə uşağın tərbiyəsində onun fitrəti və sahib olduğu xüsusiyyətləri nəzərə alınmalıdır.
Fitrətə uyğunluq, insanı yaradan,  onu ən yaxşı tanıyan uca Allahın əmr və qadağanlarını nəzərə almağı tələb edir. Quranın üzərində israrla dayandığı və peyğəmbərimiz (səv)-in də detayları ilə birlikdə bizlərə öyrətdiyi namaz, uşaq tərbiyəsində əhəmiyyətli bir əmr olaraq qarşımızda durmaktadır. Bununla birlikdə Peyğəmbərimiz (səv)-in “gözümün nuru” olaraq bildirdiyi namaz, uşaq tərbiyəsində laqeydlik göstərilməyəcək kimi çox əhəmiyyətli bir vasitəsidir. Çünki namazın, uşağın məkan, zaman və bədən təsəvvürünün formalaşmasında əhəmiyyətli təsirləri vardır. Yön (qiblə) ilə məkanın, vaxt ilə zamanın və əzalara hükmədilərək də bədənin fərq edilməsini təmin edən namaz, uşaqlara yetkinlik yaşına çatmamışdan əvvəl öyrədilməlidir. Uşağın həyata tam atılmamışdan öncə namaz ilə qazanacağı ibadət şüuru, onun proqramlı bir şəkildə özünü ifadə gücünə sahib olmasını təmin edəcəkdir. Namaz öyrənimində, valideyn əsas rol oynamaqdadır. Uşağı namaz ilə tanış etmək valideynlərin vəzifəsidir. Uca Allah: “Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”(Taha, 132) buyurmaqdadır. Ayədə, ailəyə namazı əmrdən sonra namazda davamlılığın əmr olunması, ata-ananın namazı ilə uşağın namaz təhsili arasındakı əlaqəyə bir istinad qəbul edilə bilər.
Uşağın namaz ilə tanış olmasında namazın sadəcə hərəkətləri üzərində dayanılmamalıdır. Çünki namazın müəyyən bir hərəkətləri olduğu kimi, eyni zamanda mənəvi yönləri də çox yüksək olan bir ibadətdir. Namazın bu iki istiqaməti, ayrılmaz bir bütünlük içində yansıtılmalı, bu istiqamətlər arasındakı bağın qopmamasına, yalnız bir istiqamətin önə çıxarılmamasına da diqqət edilməlidir. Namaz, dini bir təcrübədir. Uşağın namaza dair belə bir qavrayış ələdə etməsi onun praktiki olaraq tətbiq edilməsi ilə mümkündür. Necə ki Allah Rəsulu (səv)-in namaz öyrətməsində də bunu görmək mümkündür. Səhabədən Ənəs (ra) belə deyir: “Mən, anam və xalam Ümmü Haram evdeyken, Rəsulullah (səv) gəldi. Bir müddət sonra; ‘Qalxın sizə namaz qıldıracağam’ dedi. Məni sağ tərəfinə aldı. Eləcə bizə namaz qıldırdı. Namazdan sonra bizə dua etdi.” Bir başqa rəvayətdə İbn-i Abbas (ra) deyir ki:” Ramazan və ya Qurban Bayramı günü Rəsulullah (səv) ilə birlikdə bayram namazına getdim. Allahın Elçisi namaz qıldırdı. Sonra xütbə oxudu. Daha sonra qadınların olduğu tərəfə gələrək onlara vəz etdi və namaza davam etmələrini söylədi.” Görüldüyü kimi Rəsulullah (səv) uşaqların namaza qatılmalarına imkan yaratmışdır.
Namaz qılan ata-ananın, qohumların namaz qıldıqdan sonrakı müsbət halları, uşaq üzərində təsirlidir. Uşaqda, namazın adamı dəyişdirdiyi, daha yaxşı bir insana çevirdiyi şüuru yaradıla bilər. Rəsulullah (səv)-in, namaz əsnasında uşaqlara qarşı dözümlü və şəfqətli rəftarında bunu görmək mümkündür. Əfəndimizin məsciddə qıldığı namazlarında dahi nəvələri onun çiyininə və kürəyinə çıxarlardı. Hətta qız nəvəsi Ümaməni, namazda çiyininə alır, səcdəyə getdiyində yerə qoyar, qalxdığında təkrar çiyininə alardı. Səcdədə ikən kürəyinə oturan nəvələri Hz. Həsən və Hz. Hüseyni namaz bitincə heç hirslənmədən alıb dizlərinə oturdardı. Rəsulullah (səv) səcdədə ikən kürəyinə çıxan nəvələri  enənə qədər səcdəsini uzatmışdır. Uşaqda namaz sevgisi yaratmaq üçün uşağın imtina etməsi çətin olan istək və ehtiyacları ilə namaz qarşı-qarşıya gətirilməməlidir. Gündəlik planlamalarda, parka getmə, yemək yemə, kitab oxuma kimi fəaliyyətlər, namaz vaxtları əsas alınaraq programlanmalıdır. Bu həssaslıq, uşağın zehnindəki zaman təsəvvürünün formalaşmasında da rol oynayacaqdır.
Namaz anladımında istifadə edilən üslub da namazın sevdirilməsində təsirlidir. Loğman (əs)-ın namaza dəvətində  və “Allah məni çətinlik yaratmaq və qüsur axtarmaq üçün göndərmədi. O, məni asanlaşdırıcı bir təbliğçi olaraq göndərdi” buyuran Allah Rəsulu (səv)-in üslubunda bunu görmək mümkündür. Namazın tərki vəziyyətində işlənən günah və qarşı-qarşıya qalınan cəzalar yerinə bu ibadətin bütün şərtləri və rüknləri ilə qazandıracağı gözəl qarşılıqları vurğulamaq, namaz sevgisini artıracaqdır.
Namaz təhsilində uşaqda namaza qarşı maraq və sevgi yaratmaq üçün diqqət ediləcək yuxarıdakı xüsusların yanında bir başqa xüsus da uşaqda məsuliyyət şüurunun inkişaf etdirilməsidir. Çünki namaz ibadətində davamlılıq göstəriləbilməsi məsuliyyət şüuruna bağlıdır. Gündəlik həyatda hər hansı bir vəzifə verilməyən uşaqların namaz ibadətinin məsuliyyətini daşımaları mümkün deyil. Bu səbəblə uşaqlara, yaşlarına uyğun vəzifələr verilərək məsuliyyət duyğuları inkişaf etdirilməlidir. Necə ki Rəsulullah (səv)-in, yanında uşaqlıq illərini keçirmiş olan Ənəs (ra)-a bəzi vəzifə və məsuliyyətlər verdiyi bilinməkdədir. Namazı sevən və ondakı dərin mənaların fərqində olan, sahib olduğu məsuliyyət duyğusu ilə onu öz gündəlik həyatında tətbiq edən uşaq üçün heç şübhəsiz təhsilin tamamlayıcı ünsürü olaraq dua edilməlidir. “Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. (İbrahim 40)

Read Previous

Noyabr 2015

Read Next

Din qardaşının xətasını görənlər nə etməlidir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.