• 22 Noyabr 2024

Anam-atam Sənə fəda olsun ya Rasulallah

anam_babam_feda_olsun_ya_rasulallah2Peyğəmbər Əfəndimiz (səv) dünyadan köçdükdən sonra Həzrəti Ömərin ağlayaraq belə bir mərsiyə oxuduğu nəql edilmişdir:
“Anam-atam sənə fəda olsun ya Rəsulallah! Bir xurma kötüyünə söykənərək insanlara xitab edərdin. Ümmətinin sayı çoxaldıqdan sonra, səsini onlara duyurabilmək üçün bir minbər düzəltdirmişdin. Xurma kötüyünü tərk edərək insanlara həmin minbərdən xitab etməyə başladın. Ancaq  xurma kötüyü Sənin ayrılığına dözə bilməyib inləməyə başlamışdı. Sən mübarək əlini onun üzərinə qoyunca o sakitləşmişdi. O halda, Sənin ümmətin, Sən onların aralarından ayrılıb getdiyin üçün xurma kötüyündən daha çox ağlayıb inləməlidirlər.
Anam-atam sənə fəda olsun ya Rəsulallah! Allah qatında o qədər ülvi bir mövqeyə sahibsən ki, Cənabı Haqq Sənə itaəti Uca Zatına itaət sayaraq: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.” buyurdu. (Ən-Nisa, 80) Anam-atam sənə fəda olsun ya Rəsulallah! Cənabi-Haqq qatında o qədər ülvi bir mövqeyə sahibsən ki, Uca Allah əvvəlcə Səni bağışladığını xəbər verdi, daha sonra da işlədiyin zəllədən bəhs edərək belə buyurdu: “Allah səni bağışlasın! (Allah səni əfv etdi).” (Təvbə, 43)
Anam-atam sənə fəda olsun ya Rəsulallah! Allah qatında o qədər ülvi bir mövqeyə sahibsən ki, Uca Allah Səni son peyğəmbər olaraq göndərdiyi halda digər peyğəmbərlərdən əvvəl zikr edərək belə buyurdu: “(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!”(əl-Əhzab, 7)
Anam-atam sənə fəda olsun ya Rəsulallah! Cənabi-Haqq qatında o qədər ülvi bir mövqeyə sahibsən ki, cəhənnəm xalqı atəşlər içində əzab görərkən, dünyada Sənə itaət etmiş olmağı o qədər çox arzu edəcəklər ki dəhşətli bir fəryad ilə: “Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” – deyəcəklər.” (Əl-Əhzab, 66)
Anam-atam sənə fəda olsun ya Rəsulallah! Cənabi-Haqq, Musa (as)-a möcüzə olaraq içindən çaylar axan bir qaya lütf etdisədə, bu, Uca Rəbbimizin Sənin barmaqlarından şirin sular axıtmasından daha çaşdırıcı deyildir. Sənə salatü salam olsun! Anam-atam sənə fəda olsun ya Rəsulallah! Allah Təala, gedişi bir aylıq, dönüşü də bir aylıq məsafə olan küləyi Süleyman (as)-ın əmrinə vermişdi. Bu da, sənin Mirac gecəsi üzərinə minərək yeddi qat göyləri aşıb eyni günün səhər namazını Məkkədə qıldığın Burak’tan daha təəccüblü bir şey deyildir. Sənə salat ü salam olsun! Anam-atam sənə fəda olsun ya Rəsulallah! Cənabi-Haqq, İsa (as)-a ölüləri diriltmə möcüzəsi vermişsə də, bu, qızardılmış zəhərli qoyunun Səninlə danışmasından daha təəccüblü bir şey deyildir. Qoyunun kürək qisimi Sənə; “Mən zəhərliyəm, məni yemə!” Demişdi. Sənə salat ü salam olsun!
Anam-atam sənə fəda olsun ya Rəsulallah! Nuh (əs), səbri tükənincə qövmünə qarğış etmək məcburiyyətində qalmış və: “Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!” Demişdi. (Nuh, 26) Əgər onun kimi Sən də bizə qarğış etsəydin, bir dənəmiz belə qalmaz, hamımız həlak olardıq. İnsanlar Sənin kürəyinə basdı, gül yanağını qanatdı, dişlərini qırdı, lakin Sən yenə də ümmətin üçün israrla xeyr istədin və onlara bu cür dua etdin: “Allahım! Sən qövmümü bağışla! Çünki onlar bilmirlər!”
Anam-atam sənə fəda olsun ya Rəsulallah! Yaşının azlığı və ömrünün qısalığına baxmayaraq, Sənə tabe olanlar, ömrü son dərəcə uzun olan Nuh (as)-a tabe olanlardan daha çoxdur. Çünki Sənə çox insan iman etmiş, ” Əslində onunla birlikdə (tayfasından) çox az adam iman gətirmişdi.” (Hud, 40) Anam-atam sənə fəda olsun ya Rəsulallah! Əgər Sən sadəcə öz çevrəndəki insanlarla vaxt keçirsəydin, biz Sənin sohbətinlə şərəflənməz və Sənin yanında otura bilməzdik. Əgər Sən sadəcə öz çevrənlə evlənib başqasıyla evlenmeseydin, bizim qohum əqrabamızdan kimsəni nikahlamazdın. Əgər yalnız dengin olan kəsləri vəkil təyin etsəydin, bizdən kimsəni vəkil təyin etmezdin. Ancaq Vallahi həm bizimlə oturdun, həm qohum əqrabamızdan bəziləriylə nikahlandın, həm də bir qismimizi, Öz yerinə vəkil təyin etdin. Təvazö əsəri olaraq sərt yundan paltar geydin, ulağa mindin, miniyinin terkisine yolçu aldın, yerdə oturaraq yemək yedin.

Mənbə:İslamveihsan.com

Read Previous

GƏMİLƏRİ YANDIRAN ƏNDƏLÜSÜN FATİHİ

Read Next

Təvazö nədir? Mutəvazi insanın özəllikləri nələrdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.