Unutmamaq lazımdır ki, şeytan (ləanətullahi aleyh), hüzur ilahidən, elm və əməl noksanlığı səbəbiylə deyil, ədəbsizliyi üzündən qovuldu. Buna görə də şeytanı məhv edən ən gözəl fəzilət, ədəbdir.
Həzrəti Mövlana bunu belə izah edir:
“İblis, Həzrəti-i Adəmə səcdə etməyib Allahın əmrinə qarşı gəlincə:
«-Məni atəşdən, Onu isə palçıqdan yaratdın. Atəş palçıqdan üstündür. Üstün olanın aşağıda olana səcdə etməsi necə ola bilər?»Dedi.
Beləliklə İblis, Allaha ədəbsizcə qarşılıq verməsi üzündən lənətə uğradı və hüzuru ilahidən qovuldu. Üstəlik bir də həyasızlıq edib, yaradanla mücadələyə cəhd etdi. “)
Əbu Əli əd-Dekkak (rəhmətullahi əleyh) buyurur:
“Ədəbi tərk etmək, ilahi hüzurdan qovulmağa səbəbdir. Hər kim Sultan qarşısında tərbiyəsizlik edərsə qapıya, qapıda ədəbsizlik edərsə axıra göndərilir.”
Əcdadımız; “Ədəbi ədəbsizdən öyrən.” Deyərək ədəbə riayət etməyənlərin hal və aqibətini ibrət almağı tövsiyə etmişlər. Bizlər də şeytanın düşdüyü vəziyyətdən lazım olan dərsi çıxarmaq məcburiyyətindəyik.
Cənabi Haqqa qarşı layiqiylə ədəb sahibi olan qul, boş hərəkətlərdən uzaq durur, bu vəsiləylə ibadət və yaşayışındakı qüsur, səhv və gafletinin fərqinə varır. Əməllərinə güvənmə xəstəliyinə tutulmaz.
Unutmayaq ki, nə qədər gözəl əməlimiz olursa olsun bütün bunlar, okeana atılan bir vedrə su misalıdır. Cənabı Haqqın lütflərinin qarşısında bütün ibadət və xidmətlərimizi az görməliyik. Qulluq məsuliyyətimizi cəmiyyətdəki səviyyə ilə deyil, səhabə və Evliyaullah halı ilə ölçməliyik. Çünki Cənabı Haqq, Ənsar və mühacirlərdən bizlərə nümunə göstərir.
Digər tərəfdən, qulluq ədəbini layiqiylə yaşayanlar, bütün gözəlliklərin Haqqdan, bütün kusurlarınsa öz nəfslərindən qaynaqlandığının şüuruna çatarlar.
İbadətləri tərk edən və ya pis yola düşən bir kimsənin; “Nə edim, qismətim belə imiş!” Deməsi, nəfsani və şeytani bir qəflət ifadəsidir. Cənabı Haqq, məsələn namaz qılmaq istəyən bir kimsəyə qılma səbəblərini ehsan edər, qılmaq istəməyənlərə də maneələr verərək qılmamasına şərait yaradar. Beləliklə özümüzü, işlədiyimiz günahlar barəsində üzrlü göstərmək, “qədərə böhtan” etmək olar ki, bu da Haqqa qarşı böyük bir ədəbsizlik və axmaqlıqdır. Şeytanın üsyan etdirən də bu barədə göstərdiyi ədəbsizlikdən başqası deyildir.
Buna görə şeytanı ən çox qəhərləndirən şey; özünün səhvə düşdüyü nöqtədə möminin Haqqa qarşı göstərdiyi itaət, riza, təslimiyyət, yəni “qulluq ədəbi” dir.
Təsəvvüfün ən mühüm məqsədlərindən biri, insanı “ihsan duyğusu” na yəni daim Haqqın hüzurunda olduğu idrakına yüksəldərək Allaha qarşı hər zaman ədəb sahibi etməkdir. Mənəviyyat böyükləri demişlər ki:
“Zahirən və batinən ədəbə sarıl. Çünki bir kimsə zahiri ədəbdə qüsur etsə zahirən cəza görür, batini ədəbdə qüsur etsə batinən cəza görür. Kim ədəbə riayət etməzsə, özünü Haqqa yaxın zannetse də Haqqdan uzaqdır, məqbul zənnetdiyi halda mərduddur (rədd olunmuşdur). “(Ruhul-Bəyan, X, 401)
Bu səbəbdən Rəbbimizin bizlər üçün təqdir buyurduğu şeylər haqqında, şeytani bir axmaqlıqla mücadələyə girişmək yerinə, dərhal o anda boyun əyib rıza və təslimiyyət göstərmək və bizim üçün o təcəllilərin ən xeyirlisi olduğunu düşünmək, ən mühüm mənəvi ədəb cinsindəndir.
Mənbə:İslamveihsan.com