• 21 Noyabr 2024

ispanyaMüqəddəs ay üçün büdcə ayrıldı.

Müsəlmanlara münasibətin birmənalı olmadığı bir dövrdə Avropanın ən böyük dövlətlərindən biri olan İspaniya jest edib. ANS PRESS-in məlumatına görə, Madrid bələdiyyəsi Ramazan ayında keçiriləcək tədbirlər üçün büdcəsindən vəsait ayırıb. Bu vəsait 150 min avro civarındadır.

İspaniyanın 3-cü böyük siyasi partiyası solçu “Podemos”un Madriddəki qolu “Ahora Madrid” partiyasının rəhbərlik etdiyi bələdiyyə müsəlmanlar üçün büdcə ayıraraq bir ilkə imza atıb.

Lakin bu qərar heç də birmənalı qarşılanmayıb. Mühafizəkar katoliklərin sərt reaksiyasına səbəb olub. Bəzi qəzetlər isə xristianlar üçün böyük önəm daşıyan Pasxa bayramı üçün eyni bələdiyyənin 178 min avro ayırdığını xatırladıb. Onlar Çin yeni ili, Ramazan və Pasxaya, demək olar ki, eyni miqdarda büdcə ayrılmasına etiraz ediblər.

ABC qəzetinin məlumatına görə, önəmli turizm məkanlarından biri olan Madriddə 278 906 müsəlman yaşayır. Çinlilərin sayı isə 49 831 nəfərdir. Qəzet bələdiyyənin bu qərarını “Madrid bələdiyyəsi Manuela Karmena çinlilərə 3 avro, müsəlmanlara 50 sent, katoliklərə isə 5 sent verir” formasında verib.

Avropada müsəlmanlara qarşı münasibət ötən ilin noyabr ayında Fransanın paytaxtı Parisdə baş verən terror hadisəsindən sonra daha da pisləşmişdi. Terror aktı noyabrın 13-də baş verib. Bir-birinin ardınca törədilən terror aktlarından ən böyüyü “Bataclan” konsert salonunda və Fransa-Almaniya arasında futbol matçı keçirilən stadionun yaxınlığında baş verib. Terror aktları nəticəsində 132 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. Parisdə törədilən terror hadisəsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Mənbə:sunna.az

Read Previous

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu ləngiyir.

Read Next

Hədislərlə dünya və axirət müqayisəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.