• 25 Noyabr 2024

Qonşu haqqı xüsusunda nələrə diqqət etməliyik?

qonsuQul haqqı mövzusunda ciddilik göstərilməsi lazım olan xüsuslardan biri də qonşu haqqıdır. Cənabi-Haqq, qonşu hhaqqlarına riayət etməmizi israrla əmr etmişdir. Çünki insan, qohumlarından çox, qonşularıyla bərabərdir.
“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (ən-Nisa, 36)
Ayədə bəhs edilən “yaxın qonşuya yaxşılıq etmək”, evi yaxın olan və ya həm yaxın qonşu həm qohum, həm də din qardaşı olan kəslərə gözəl rəftar etmək, kömək etmək və qüsurlarına qarşı səbirlə dözüm göstərərək onları bağışlamaqdır.
Uzaq qonşuya yaxşılıq etmək isə evi uzaq olan və ya qohumluq bağı olmayan yaxud müsəlman olmayan kəslərə əl tutmaq və könlümüzü açmaqdır.
Rəsulullah (səllallahu əleyhi və səlləm), üzərimizdəki hüquqlar itibarıyla qonşuları üçə ayırmışdır:
a. Bir haqqı olan qonşular, qeyri-i müsəlmanlar: Bunların bizim üzərimizdə yalnız qonşuluq haqqı vardır. Başqa haqqları yoxdur
b. İki haqqı olan qonşular, müsəlmanlar: Bunların da üzərimizdə həm qonşuluq, həm də din qardaşlığı haqqı vardır.
c. Üç haqqı olan qonşular, Qohum olan müsəlmanlar: Bunların da bizim üzərimizdə həm qonşuluq, həm din qardaşlığı, həm də qohumluq haqqı vardır. (İbn-i Həcər, Fəthul-Bari, Daru’l-Fikr, Fuad Abdulbaki nəşri, ts., X, 456; Süyuti, əl- Camius-Sağir, I, 146.)
Bütün insanların gözəl qonşularla yaşamaq istədiyini düşünərək əvvəla özümüz gözəl bir qonşu olmalı, daha sonra da saleh qonşular arasında yaşamağa səy göstərməliyik. Çünki müsəlmanı dünyada bəxtiyar edən şeylərdən biri də saleh bir qonşudur. (Əhməd, III, 407.) Bu səbəblədir ki Fəxri-Kainat Əfəndimiz:
“Davamlı yaşadığınız yerdə pis qonşudan Allaha sığınınız! Köçəri olduğunuz yerdəki qonşu necə olsa bir müddət sonra sizdən ayrılır.”Buyurmuşdur. (Nəsai, istiazə, 44)
Bu barədə məşhur olan; “Ev alma qonşu al!” Sözü, xeyirli qonşular arasında yaşamanın, mənəvi həyatımız baxımından da nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə göstərir. Eyni şəkildə, məscidlərə qonşu olmağa da etina göstərmək lazımdır. Beləcə insan, səcdəyə dəvət təlqinləri olan gündə beş dəfə oxunmaqda olan əzanın ruhaniyyətinə uzaq qalmamış olur.
Qonşuluq o dərəcə mühümdür ki, o, yalnız bu dünya ilə də məhdud qalmır. Həyatda ikən salehlərlə birlik əhəmiyyətli olduğu kimi, qəbirdə də onlara qonşu olmaq böyük bir əhəmiyyət kəsb edir. Bunu Allah Rəsulu (səllallahu əleyhi və səlləm) belə ifadə buyurur:
“Ölülərinizi saleh insanların arasına dəfnediniz.” (Deyləmi, I, 102)
Bunlarla birlikdə qonşuların kiçik əziyyət və çətinliklərinə də dözmək lazımdır. Çünki Cənabi-Haqqın sevdiyi kəslərdən biri də qonşusunun əziyyətlərinə Allah rizası üçün dözən kimsədir. Allah Təala onu, bir şəkildə qonşusunun şərindən mühafizə edər. (Əhməd, V, 176.)
Peyğəmbər Əfəndimiz (səv) qonşu haqqları xüsusunda belə buyurmuşdur:
“Cəbrayıl mənə, daim qonşu haqqını tövsiyə edərdi. Elə ki mən, qonşuları bir-birinə varis edəcək zənn etmişdim!”(Buxari, Ədəb, 28; Müslim, Birr, 140)
“…Qonşuna ehsan et ki (kamil bir) mömin olasan…” (Tirmizi, Zühd, 2/2305; İbn-i Macə, Zühd, 24)
Əbu Zər -radiyallahu anh- belə deyər:
“Dostum Rəsulullah -səllallahu əleyhi və səlləm- mənə belə vəsiyyət etdi:
“Yemək bişirdiyin zaman suyunu çox qoy. Sonra da qonşularını gözdən keçir və lazımlı gördüklərinə gözəl bir şəkildə ikram et!” (Müslim, Birr, 143)
Hədisi şərif prinsipin gərəyi olaraq qonşu haqqını yerinə yetirməyə, yoxluq da, bəhanə deyil. İmkanı az olan adam da, gücü nisbətində qonşusunu qorumalıdır. Çünki Allah Rəsulu -səllallahu əleyhi və səlləm-dən belə bir xəbərdarlıq gəlmişdir:
“Qonşusu ac ikən tox yatan kimsə mömin deyil.” (Hakim, II, 15; Heysəmi, VIII, 167)
Digər tərəfdən qonşulara narahatlıq vermək, böyük bir iman zəifliyidir. Qonşular, əvvəlcə bir-birlərinin şərindən əmin olmalıdırlar.
Belə ki, Əbu Hüreyrə -radiyallahu anh-ın rəvayətinə görə Peyğəmbər Əfəndimiz (səv):
“Vallahi iman etmiş olmaz. Vallahi iman etmiş olmaz. Vallahi iman etmiş olmaz! “Buyurdu. Səhabələr:
“-Kim İman etmiş olmaz, ya Rəsulallah?” Deyə soruşdular. Əfəndimiz (səv):
“-Şərrindən qonşusu əmin olmayan kimsə!” Buyurdu. (Buxari, Ədəb, 29; Müslim, İman, 73; Tirmizi, Qiyamət, 60)
ŞƏrrindən qonşusu əmin olmayan kimsənin cənnətə girə bilməyəcəyi də xəbər verilmişdir. (Müslim, İman, 73.)
Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm- qonşu haqqlarını belə açıqlayır:
“Bir adam, ailəsinə və malına gələcək pislikdən qorxduğu üçün qapısını qonşusuna bağlı saxlamaq məcburiyyətində qalırsa, o qonşu, gerçək mömin deyil. Eyni şəkildə şərindən əmin olunmayan qonşu da gerçək mömin deyil.
Qonşu haqqının nə olduğunu bilirsənmi? Səndən kömək istədikdə, kömək etmək, borc istədiyində vermək, möhtac olduğunda ehtiyacını qarşılamaq, xəstələndiyində ziyarət etmək, bir xeyirə qovuşduğunda təbrik etmək, müsibətə düçar olanda dərdinə ortaq olmaq, öldüyündə cənazəsinə qatılmaq, izni olmadan evini onun evindən daha yüksək tikib rüzgarına mane olmamaq, yeməyindən az da olsa ona da göndərmək surətiylə yeməyin iyi ilə onu narahat etməməndir. Bir meyvə satın aldığında ona da hədiyyə et, əgər bunu edə bilmirsənsə meyvəni evinə (qonşuna göstərmədən) gizlicə gətir. Həmin meyvəni də uşağın çölə aparıb, qonşunun uşağına göstərməsin. “(Beyhəqi, Şuab, VII, 83; Kurtubi, V, 120-123)
Qonşuya veriləcək və ya ondan gələcək hər hansı bir hədiyyəni qətiliklə kiçik görməmək lazımdır. Hər vəsiləylə onların könlünü almaq üçün diqqət edilməli, davamlı ikram və ehsan olmalıdır. Allah Rəsulu -sallalllâhu əleyhi və səlləm- nə gözəl buyurur:
“Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə, könüllərdəki darğınlığı yox edər. Qonşu xanımlar bir-biriylə hədiyələşməyi kiçik görməsin! Alıb verdikləri şey, azca bir qoyun paçası belə olsa!”(Tirmizi, Velâ, 6/2130)
Həzrəti Əbu Bəkr -radiyallahu anh- da:
“Komşunla dava etmə, qonaq gedər, o qalar.” Məsləhətini vermişdir.
Möminlər üçün bu nəbəvi müjdələr nə gözəldir:
“Allah Təalaya görə dostların xeyirlisi, dostuna qarşı daha xeyirli olandır. Yenə Allah Təalaya görə qonşuların xeyirlisi, qonşusuna qarşı daha da xeyirli olandır. “(Tirmizi, Birr, 28/1944)

Mənbə:islamveihsan.com

Read Previous

Evlərimizdə əvvəlcə gözəl niyyət olmalıdır

Read Next

Biz də onların yerində ola bilərdik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.