- Hz. Ənəsin rəvayət ettiyi bir hədisdə peyğəmbər əfəndimiz (səv) belə buyurmuşdur: “Mən heçbirinizə, özündən, atasından evladından və bütün insanlardan daha sevimli olmadığım təqdirdə (həqiqi) iman etmiş olmazsınız”. Hz Ömər Bu hədisi eşidincə Ya rəsulallah , “Sən mənə özumdən başqa hər şeydən daha əzizsən” dedi. Hz Peyğəmbər (səv) “Ey Ömər! özündən də əziz olmalıyam” buyurunca, Hz. Ömər (r.a.), “özümdən də daha əzizsən” cavabını verdi. Bunun üzərinə Hz Peyğəmbər (s.a.s.): “Ey Ömər, bax! İndi oldu” buyurdu.
- Bir gün Ubey İbn Kab -radıyallahu anh, əfəndimiz (sallallahu aleyhi vəsəlləm)-ə soruşdu:
“- Ya Rəsuləllah! Mən sənə çoxlu salavatı-şərifə gətirirəm. Görəsən nə qədər etsəm daha yaxşı olar?”.
Hz peyğəmbər (səv) “istədiyin qədər gətir.” buyurdu.
“- O halda üçdə ikisi bəsdirmi?” deyə soruşdum.
“- O, istədiyin qədər . Ama artırarsan sənin üçün daha faydalı olar.” Buyurdu.
“- O zaman duaya ayırdığım vaxtın hamısında salavat-ı şərifə gətirsəm necə olar?” deyincə: Hz. Peyğəmbər
“- O təqdirdə Allah bütün sıxıntılarını ortadan qaldırar ve günahlarını bağışlayar.” Deyə buyurdu. - “Dua və səma arasında bir pərdə vardır.Üzərimə salavat gətirilincə bu pərdə açılar, dua yerinə çatar.”
- “Mənə ən yaxın olanlar, üzərimə ən çox salavat gətirənlər olacaqdır.”
- Vəfatımdan sonra sizdən kim mənə salam göndərərsə Cəbrayil (əs) gələr və mənə belə deyər! Ey Məhəmməd ! Ümmətindən filan kimsənin sənə salamı var. buna qarşılıq olaraq mən də belə deyərəm: Məndən də ona salam olsun və həmin adam üçün Allahdan rəhmət və bərəkət diləyərəm.
- Hər kim, gücü çata bilmədiyi bir işlə qarşılaşarsa, üzərimə çoxlu salavat gətirsin. Çünkü Allahu təalə üzərimə gətirilən salavatı şərifin səbəbiylə onun çətinliklərini, kədərlərini yox edər, rizqini artırar, Allahın köməyi ilə muradına nail olar.
- Adım eşidildiyi zaman salavat gətirməyənlər insanların ən paxılıdır, ən acizidir.
- Üzərimə salavat gətirilmədən tərk edilən bir məclis əhli peşman olacaqdır.
- Adım eşidildiyi zaman mənə salavat gətirməyən burnu üstə sürünsün
- Üç şəxs vardır ki bunlar mənim üzümü görə bilməyəcəklərdir. Ana-atasına üsyan edən, sünnəmi tərk edən, üzərimə salavat gətirməyən.
- Adımı eşidib salavat gətirməyənin , sonu bətbəxtlikdir.”
- Üzərimə yüz dəfə salavat gətirənə Allah (c.c.) min dəfə rəhmət nəzəri ilə baxar. Arzu və istəklə daha artıq gətirən üçün qiyamət günündə şəfayət və şahidlik edərəm.
- Üzərimə salavat gərirərsəniz Allah da sizin üzərinizə salavat gətirər.
- Şübhəsiz ki, mənim üzərimə salavat gətirən kimsənin salamını almaq üçün Allah (c.c.) mənə ruhumu geri qaytarar.
- Sizdən hər hansı biriniz Allahdan bir şey istədiyiniz zaman əvvəla onun şanına layiq tərzdə həmdü-səna etsin, sonra peyğəmbər (Səv)-ə salavat gətirsin. Çünkü bu şəkildə arzusuna daha rahat çatar.
- Peyğəmbər əfəndimiz “Cuma günləri mənə çoxlu salavat gətirin. Çünkü bunlar mənə bildirilir.” Buyurdu. Öldükdən sonra da mı? deyilincə Peyğəmbərimiz buyurdu ki, Allah torpağa Peyğəmbərlərin bədənlərini çürütməyi haram etmişdir. Bir mömin salavat oxuyunca , bir mələk mənə xəbər verər, “filan şəxs sənə salam söylədi” deyər.