• 18 Dekabr 2024

Bir atanın, evlənəcək oğluna nəsihəti

ata ogulAqil bir adam, Peyğəmbər Əfəndimiz (səv)-in sözlərindən və təcrübələrindən yola çıxaraq, oğluna, evlənmədən əvvəl bir neçə nəsihət verir. Həmin o nəsihətlərdən bir neçəsini sizlərə təqdim edirik:
Oğlum! İndi sənə 30 illik evliliyimizin təcrübələrinə əsaslanaraq bəzi nəsihətlər edəcəyəm. Bu nəsihətlərə riayət edərsənsə dünyada xoşbəxt bir ömür keçirdiyin kimi, axirətdə də əbədi səadətə çatarsan inşaallah.

1. Doğulub böyüdüyü, illərlə yaşadığı bir yuvadan çıxaraq, qərib bir yerə gələcək, xasiyyətini tam olaraq bilmədiyin bir insanla yaşayacaq, bir yastıqda qocalacaqsan.

2. Sən ona dost ol ki, o sənə sevgili olsun.

3. Sən evin dirəyi ol ki, o da tavanı olsun.

3. Sən ona xidmətçi ol ki, o da sənə nökər olsun.

4. Ona çətinlik vermə ki, o da sənə dinclik qaynağı olsun.

5. Sən ondan uzaqlaşma ki, o da sənə yaxın olsun!

6. Onun qabırğa sümüyündən yaradıldığını unutma ki, doğrultmaya çalışmayasan!

7. Gözü ol, qulağı ol, qolu ol, gücü ol, onu qoru ki, başqasına sığınmasın!

8. Çöldə öz işlərinlə, içəridə yoldaşınla, övladlarınla məşğul ol!

9. Yemək-içmək barəsində comərd ol; “Qənaəti etməyi və xərcləməyi öyrət”, ancaq “Çox xərcləyir, israf edir” deyə əsla şikayət etmək!

10. Yoldaşının haqqını öz haqqından üstün tut!

11. Yoldaşının qohumlarını qoru!

12. Evdə əsla üz-gözünü turşutma, onu sevdiyini tez-tez ifadə etməkdən çəkinmə!

13. Yoldaşın səndən bir şey istəyəndə istədiklərini diqqətlə yadında saxla! Dini və milli-mənəvi dəyərlərimizə zidd olmayan istəklərini geri çevirməməyə çalış. Gücünün yetmədiklərini isə, başqa bir vaxt eləməyə çalış. HƏmin vaxt gəlib çatanda da vədini yerinə yetir.

14. Evin idarə və nizamı ona aiddir, hər şeyə qarışma!

15. Unutma ki, uşaqlarının ən böyük və ən təsirli müəllimi analarıdır.

16. Yoldaşınla tez-tez məsləhət elə.

17. Etdiyin işləri, yaxşılıqları başına qaxma! Yaxşılıq olaraq elədiyin hər hər hansı bir şey, yüz misli ilə sənə dönər!

18. Əmrlər yağdırmaqdan qaçın. Ona gözəlliklə, yaxşılıqla və yumşaq sözlə nəsihət et.

19. Xanımının səhvlərini əsla uşaqlarının və başqalarının yanında danışma. Yalnız ikən, yumşaq bir şəkildə söylə!

20. Ailə sirlərinizi kimsəylə paylaşmayın.

21. Səhv vərdişlərdən və yalandan uzaq dur! Bunlar yuvanı iç\ridən gəmirib yıxan bir qurtdur.

22. Sən onun hərəkətlərinə səbr edərsənsə, o da sənin hərəkətlərinə səbredər. Əgər o səbretməzsə sən də Allahın səni onunla imtahan etdiyini düşün. Ona hər yönüylə yaxşı bir həyat yoldaşı olmağa çalış!

23. Əhəmiyyətli günlər və xüsusilə bayramlarda kiçik və sadə də olsa, ona hədiyyələr al!

24. Unutma, yoldaşına mərhəmət edərsən sə, sənə də mərhəmət edilər.

25. Daima təfəkkürdə ol. İbadətlərini ifa et. Namazlarını vaxtında və mümkünsə, camaatla qılmağa çalış!

26. Sən Allahdan razı ol ki, Allah da səndən razı olsun! Sənin rizan, nemətə şükür, razılıq və səbr etməkdir.

27. Bu sözü çərçivələyərək başının üzərinə as: “Harada olursan ol, Allaha qarşı gəlməkdən çəkin, etdiyin pisliyin arxasından bir yaxşılıq et ki bu onu yox etsin. İnsanlara qarşı gözəl əxlaqın gərəyinə görə davran.”(Tirmizi, Birr, 55.)
28. Evliliyin də sənin üçün bir imtahan olduğunu heç bir zaman unutma.

Read Previous

Suriyalı kiçik bir qızın vəsiyyət məktubu oxuyanları ağlatdı.

Read Next

Mələklər kimlərə bəddua edər?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.