• 21 Noyabr 2024

Çində Uyğur türklərinə oruc tutmaq yenə qadağan edildi.

cinde_oruc_yasagi2-702x336Çin Kommunist Partiyası, illərdir olduğu kimi bu il də Müsəlmanların Ramazan ayında oruc tutmasına mane olmağa çalışır. Çin rəhbərliyinə bağlı internet saytları, Uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsində məmurlar, şagirdlər və uşaqların oruc tutmasının qadağan olduğunu bildirib. 10 milyondan çox müsəlman Uyğur Türkünün yaşadığı bölgədə, bəzi restoranlara açıq qalma əmri verildi.
Sincan Uyğur Muxtar Bölgəsində yerləşən Korla şəhərinin internet saytında verilən elanda: “Partiya üzvləri, kadrlar, vətəndaş məmurlar, şagirdlər və uşaqlar Ramazan ayı boyunca oruc tutmamalı və dini fəaliyyətlərdə iştirak etməməlidir. Yemək və içki satan dükanlar bağlanmamalıdır.” ifadələrindən istifadə edildi.
Tiekeqi qəsəbəsinin səlahiyyətli nümayəndələrindən Ahmetcan Tohti, partiya üzvləri, kadrlar, məmurlar, şagirdlər və uşaqların Ramazan boyunca məscidlərə də girəməməsi lazım olduğunu ifadə etdi.
Məhdudiyyətləri tənqid edən sürgündəki Dünya Uyğur Konqresi sözçüsü Dilşat Raşit, “Çin, Uyğurların inancının Pekinin liderliyini təhdid etdiyini düşünür” dedi.
Çini idarə edən və rəsmi olaraq ateist olan Kommunist Partiya, ölkədə yaşayanların inanc azadlığı olduğunu iddia etsə də, dini birliklərə möhkəm bir şəkildə nəzarət etməyə çalışır. Uyğur fəallar, bu vəziyyətin bölgədəki etnik gərginliyi artırdığını, etnik gərginliyin də son illərdə minlərlə adamın ölümünə səbəb olduğunu ifadə edir. Çin isə Sincandakı qarşıdurmalardan “dini radikalizm” və “terror təhdidi” ni məsul tutur.

Mənbə:islamveihsan.com

Read Previous

Ramazan ayının üstünlükləri

Read Next

Veka kəndində orucun müddəti 3.5 saatdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.