• 24 Noyabr 2024

Fitrə sədəqəsi (Fitr) nədir?

fitreFitrə sədəqəsi nədir? Fitrə sədəqəsi ilə əlaqədar hədislər hansılardır? Fitrə ilə məsul olmaq üçün lazım olan şərtlər hansılardır? Fitrə nələrdən verilir? Fitrə kimlərə verilir, kimlərə verilməz? Fitrə nə vaxt verilir? Fitrə miqdarı nə qədərdir? Fitrə ilə əlaqədar sizi maraqlandıran bütün bu sualların cavabını sizin üçün hazırladıq.

Fıtr sözü lüğətdə “Orucu açmaq“, “Oruc tutmamaq” mənasını daşıyır. Dini termin olaraq isə: Ramazan Bayramına çatan və təməl ehtiyaclarının xaricində müəyyən bir miqdar mala sahib olan müsəlmanların, özləri və baxmaqla məsul olduqları kəslər üçün yerinə yetirməklə vəzifəli olduqları mal ilə edilən bir ibadətdir.
Fitrə sədəqəsi, Ramazan orucunun fərz qılındığı hicrətin 2-ci ili Şaban ayında, zəkatdan əvvəl fərz qılınmışdır. Bu bir yardımlaşma olub, orucun qəbul olunmasına, ölüm sırasındakı çətinliklərdən və qəbir əzabından qurtulmağa bir vəsilədir. Yoxsulların ehtiyaclarını aradan qaldırmağa və onların da bayram sevinci yaşamalarına bir köməkdir.

Fitr sədəqəsinin dəlili hədislərdir. Fitr sədəqəsi ilə əlaqədar hədislər eyni zamanda onun tətbiq şərtlərini da müəyyən edir.
Abdullah İbn Ömərdən belə dediyi nəql edilmişdir: “Hz. Peyğəmbər fitrənin insanlar Bayram Namazına çıxmadan əvvəl verilməsini əmr etmişdir “(Şövqəni, Neylü’l-Evtar, IV, 183.)
Abdullah İbn Ömərdən belə dediyi nəql edilmişdir: “Hz. Peyğəmbər fitr sədəqəsini 1 sa (ölçək) xurma və 1 sa (ölçək) arpa olmaqla kölə, kişi, qadın, kiçik və böyüklərə fərz etmiş və insanlar (bayram) namazına çıxmadan əvvəl verilməsini əmr etmişdir. “(Buxari, Zəkat, 76; Müslim, Zəkat , 12.)
Əbu Səid əl-Xudri (r.ə) dan rəvayət edilən bir hədisdə fitrə verilə biləcək maddələr və miqdarları belə müəyyən edilir: “Biz Peyğəmbər dövründə fitrəni, yemək maddələrindən 1 sa (ölçək) olaraq verirdik. O zaman bizim yediklərimiz arpa, kişmiş, xurma və keş (yağı alınmış pendir) idi.” (Buxari, Zəkat, 74; A. İbn Hənbəl, III, 73, 98.)
İbn Abbas (r. a)-nın nəql etdiyi bir hədisdə belə buyurulur: “Rəsulullah (səv) orucluları gərəksiz və çirkin sözlərdən təmizləmək və yoxsullara yemək təmin etmək üçün fitrəni fərz etmişdir. Fitrə sədəqəsini kim namazdan əvvəl ödəsə, bu məqbul bir zəkat, kim də namazdan sonra ödəsə, hər hansı bir sədəqə olar.” (Buxari, Zəkat, 70, 71, 77; Müslim, Zəkat, 12, 13, 16)
Abdullah b. Sələbə (ra) belə nəql etmişdir: “Rəsulullah (səv) Ramazan Bayramından bir və ya iki gün əvvəl çıxış edərək belə buyurdu:” buğdadan, arpadan və ya xurmada 1 sa (ölçək)-nı azad və ya kölə, kiçik və ya böyüklər üçün sədəqə olaraq verin . “(A. İbn Hənbəl, V, 432.)
İbn Abbasın rəvayət etdiyi hədis belədir: “Fitrə sədəqəsi buğdadan iki müddür.” (bir müd təxminən 832 qram su tutur) (Şövqəni, Neylü’l-Evtar, IV, 183.)

Fitrə sədəqəsi vermək üçün lazım olan şərtlər nələrdir?
1. Müsəlman: Fitrə sədəqəsi verəcək insanın müsəlman olması lazımdır. Ancaq Şafii məzhəbindən bir görüşə görə, qeyri-müslim bir kimsənin, baxmaqla vəzifəli olduğu müsəlman yaxınının fitrəsini ödəməsi lazımdır.
2. Mal varlığı: Hənəfilərə görə fitrə sədəqəsinin vacib olması üçün, fitrəni verəcək kimsənin Ramazan Bayramının birinci günü, təməl ehtiyacları xaricində nisab miqdarı mala sahib olması lazımdır. Zəkat nisabından fərqli olaraq, sahib olunan malın “Articı” xüsusiyyətdə olması və üzərindən bir il keçmiş olması lazım deyil. Təməl ehtiyaclar ev, geyim, ev əşyası, minik, silah, xidmətçi, ailənin bir illik dolanışıq xərcləri və borclarıdır. Nisab miqdarı iki yüz dirhəm gümüş və ya iyirmi misqal qızıl və ya bunların qiymətinə bərabər bir maldır.
Şafii, Maliki və Hənbəli məzhəblərinə görə isə, fitrə sədəqəsinin vacib olması üçün, zənginlik ölçüsü olan nisaba malik olmaq şərt deyil. Təməl ehtiyaclarının xaricində, bayram gün və gecəsində çatacaq qədər azuqəyə sahib olmaq kifayətdir.
3.Əbu Hənifə, Əbu Yusif və digər üç məzhəb imamının ortaq fikirinə görə, fitrə sədəqəsinin maliyyə istiqaməti ağır bastığından ötəri bununla öhdəlik üçün ağıllı və yetkin olmaq şərt deyil. Buna görə kiçiyin və ağıl xəstəsinin malından da vəlisinin fitrə verməsi lazımlıdır. Fitrənin ibadət istiqamətini üstün qəbul edən, Hənəfilərdən İmam Məhəmməd və Züfərə görə isə, kiçiklərin və ağıl xəstələrinin malından fitrə sədəqəsi lazım deyil.
4. Vəlayət və baxmaqla öhdəlik: Bir kimsənin, öz xaricindəki adamın fitrə sədəqəsi ilə öhdəçilikli sayılması üçün, bu adamın onun vəlayəti altında olan və baxmaqla vəzifəli olduğu kəslərdən olması lazımdır. Buna görə bir kimsə vəlayəti altında olan kiçik uşaqlarının və ya ağıl xəstəsi olan yaxınlarının fitrəsini verməklə məsuldur. Ramazan Bayramından əvvəl vəfat edən oğlunun uşaqları da bu çərçivədədir. Buna qarşılıq bir kimsəin baxımlarını boynuna götürmüş olsa belə, ana atası, böyük uşaqları, arvadı, qardaşları və digər yaxınları üçün fitrə sədəqəsi verməsi lazım deyil. Bununla birlikdə vəkalət olmadığı halda bu kəslər üçün fitrə sədəqəsi versə, bu kafi olur. Beləcə yoxsullar bununla Bayram Namazından çıxmadan əvvəl ehtiyaclarını qarşılamış olurlar.
5. Vaxt: Hənəfilərə görə, fitrə sədəqəsi Ramazan Bayramının 1-ci günü fəcrin doğuşu ilə vacib olur. Çünki fitrə bayrama aid edilmişdir. Beləcə oruc tutmanın qadağan edildiyi bir gündə, fitrə ilə yoxsul müsəlmanların sevinclə bayrama qatılmaları nəzərdə tutulub.
Fitrə, Ramazan Bayramından bir və ya iki gün əvvəl ilə Bayram Namazı arasında ödənilir. Beləcə yoxsullar bununla, Bayram Namazından çıxmadan əvvəl ehtiyaclarını qarşılamış olurlar. Bununla birlikdə fitrə, Ramazanın girməsindən
etibarən, hətta Ramazan ayı girmədən əvvəl də ödənilə bilər. Bayram günündən sonraya qalsa, məsuliyyət aradan göürülməz və ilk fürsətdə ödənməsi lazımdır.
Fəqihlər fitrənin bayram günü səhər vaxtı girdikdən sonra və namaz qılınmamışdan əvvəl verilməsinin müstəhəb olduğu barəsində görüş birliyi içindədir. Dayandıkları dəlil, Abdullah İbn Ömər (ra)-dan rəvayət edilən bu hədisdir: “Hz. Peyğəmbər fitrənin insanlar bayram namazına çıxmadan əvvəl verilməsini əmr etmişdir “(Şövqəni, Neylü’l-Evtar, IV, 183.)

Fitrə sədəqəsi (Fitr) nələrdən verilir?
1) Arpa, quru xurma və quru üzümün fitrə miqdarı, şəri ölçüyə görə təxminən 3,33 kq-dır

2) Buğda və eyni hökmdə olan, buğda unu üçün isə şəri ölçüyə görə təxminən 1,66 kq-dır
Yuxarıdakı dörd cins qida maddəsi yerinə qiymətləri də verilə bilər. Ancaq yoxsullar bu maddələrin özlərinə möhtac olduqları zaman, fitrəni öz cinslərindən vermək daha fəzilətlidir.

Fitrə sədəqəsi üçün təyin olunan miqdar, “minimum miqdar” olub, veriləcək məbləğ mövzusunda bir üst sərhəd yoxdur. Bu mövzuda ideal olan, hər kəsin öz həyat standartlarına görə minimum gündəlik qida xərcləmələrinə bərabər bir məbləği verməsidir. Söz mövzusu kömək, qida kimi eyni olaraq və ya pul şəklində nakdi olaraq ödənilə bilər.

Fitrə sədəqəsi (Fitr) kimlərə verilir?
Fitrə, veriləcəyi yerlər baxımından zəkatın bənzəridir. Ayəti kərimədə belə buyurulur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”(Tövbə surəsi 60)
Bir kimsə fitresini bir və ya bir neçə yoxsula verə bilər. Birdən çox kəslər də fitrələrini bir neçə yoxsula və ya tək yoxsula verə bilərlər.
Fitrə, verən şəxsin yaşadığı yerdəki yoxsullara verilməlidir. Başqa yerlərə göndərilməsi məkruhdur.

Fitrə sədəqəsi (Fitr) kimlərə verilməz?
Fitrənin Tövbə Surəsinin 60-cı ayəsində deyilənlər xaricində qalan adam və təşkilatlara verilməsi caiz deyildir.
Ayrıca fitrə veriləcək adam, bu şərtləri daşısa belə, Ana, ata, nənə və baba, oğul, oğulun uşaqları, qız, qızın uşaqları və bunlardan doğan uşaqlarına fitrə verilməz.

Fitrə sədəqəsi (Fitr) nə vaxt verilir?
Hənəfilərə görə, fitrə sədəqəsi ramazan bayramının 1-ci günü fəcrin doğuşu ilə vacib olur.
Fitrə, Ramazan bayramından bir və ya iki gün əvvəl ilə bayram namazı arasında ödənilir. Beləcə yoxsullar bununla, bayram namazından çıxmadan əvvəl ehtiyaclarını qarşılamış olurlar. Bununla birlikdə fitrə, Ramazanın girməsindən etibarən, hətta Ramazan ayı girmədən əvvəl də ödənilə bilər. Bayram günündən sonraya qalsa, məsuliyyətdən azad olunmaz və ilk fürsətdə ödənməsi lazımdır.

Mənbə:islamveihsan.com

Read Previous

Dünyanın ən böyük iftar süfrələri

Read Next

Ramazan ayında hansı ibadətləri edə bilərik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.