• 22 Noyabr 2024

Allahın bizi əfv etməsi üçün lazım olan şərtlər

allahin_affiUca Allah bu dünyanı, axirətimizi qazana bilməyimiz üçün, bizlərə bir imtahan mərkəzi olaraq tənzimləmişdir. Həm dünya, həm də axirət hüzuruna nail ola bilmək, qulun bu imtahan mərkəzində Rəbbinə yaxınlığı nisbətində mümkün olur.
Bu imtahan aləminə gəlməkdə məqsədimiz, gözəl bir qul olaraq yaşamaq və gözəl bir qul olaraq can verə bilməkdir. Bunun yeganə yolu da, Uca Rəbbimizin bəşəriyyətə gözəl nümunə olaraq hədiyyə etdiyi, insanlıq abidəsi Həzrəti Peyğəmbər (səllallahu əleyhi və səlləm)-in zərif və duyğulu həyatından hissə alaraq dərin, incə, və həssas bir qul ola bilməkdir . Gəlişi ilə şərəfləndiyimiz Ramazani-Şərifin də, belə bir qulluğun təlim, tədris və tətbiq şəklində dərk edilməsi lazımdır ki, ilahi hüzura üz ağıyla çıxabilək.
Ramazanı Şərifi layiqiylə idrak edib gözəlcə əhya edə bilsək, yəni onu ibadətlərlə, gözəl əxlaq təzahürü olan saleh əməllərlə qiymətləndirib fərdi və ictimai qulluq vəzifələrimizi layiqincə ifa edə bilsək, Allahu təalanın əfvinə nail ola bilərik.
Necə ki, hədisi-şərifdə belə buyurulur:
“Kim, inanaraq və savabını Allahdan umaraq Ramazan gecələrini (ixlasla) əhya edərsə (qul haqqları xaric) keçmiş günahları bağışlanar.” (Buxari, təravih, 46)
Lakin bunun ziddinə, bu ilahi rəhmət xəzinələrinə biganə qalıb səhlənkar davransaq, ilahi rəhmətdən məhrum olmuş olarıq. Yəni bu qədər mühüm, həssas və qiymətli bir mövsümdəyik.
Həzrəti Aişə (radıyallahu anha)-nın rəvayətinə görə Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz, Ramazanda digər aylardan daha çox ibadət və itaət edərdi. Ramazanın son on günündə isə əvvəlki günlərindən daha çox ibadət edərdi. (Müslim, itikaf, 8; İbn-i Macə, Sıyam, 57)
Bizlər də bu Ramazani-Şərifdə Rəbbimizə gözəl bir qul ola bilmək üçün yenidən bir özaümüzə nəzər salaq. Unutmayaq ki Ramazanı Şərif, Quranı Kərimin nazil olduğu aydır. Bu ayda Allah-Təalanın bizdən ən çox arzu etdiyi, Quranı Kərim ilə həmdəm olmamız, Quranı Kərimlə yaşamaq və onu yaşatmaq səyi içində olabilməyimizdir.
Daim ibadətlərimizi artırmaq üçün çalışmalı.
Daim comərdliyimizi artırmanın əzmində olmalı.
Daim insanlara xidmətimizi artırmalı.
Ramazani-Şərifdə tutduğumuz oruclar vəsiləsiylə, bir stəkan suyun və bir loxma çörəyin belə, əslində nə böyük nemət olduğunu yenidən xatırlayaq.

Mənbə:islamveihsan.com

Read Previous

Allah Rəsulu (səv)-in Hz. Əliyə (r.a) tövsiyələri

Read Next

Gündə 10000 uşaq yetim qalır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.