Həzrəti İbrahim (ə.s), Cəbrayıl əleyhissalamın Allahu təalanı xüşu ilə üç dəfə zikr etməsi qarşısında vəcdə gəlir və bütün sürülərini ona hədiyyə edir. Onun mələk olduğunu söyləyib almaması üzərinə də sürülərini satır və geniş bir ərazi alaraq müsəlmanların istifadəsinə verir.
Bəli İbrahim (ə.s), ürəyindəki dünyaya aid bütün fani taxtları qəlbindən silib atdı. Tövhid inancını mühafizə etmək üçün atəşdə yanmağa razı oldu. Bir anlıq zikrin ləzzətiylə bütün sürülərini Allah yolunda istifadə üçün verdi.
Haqqın məhəbbəti, öz canından bir can olan, çox sevdiyi övladı İsmayıl əleyhissalamın məhəbbətinə qalib gəldi. Beləcə könlündə ilahi məhəbbət və Haqqa dostluq taxtlarını inşa etdi. Bu müstəsna təvəkkül, təslimiyyət və məhəbbəti nəticəsində, Uca Allah da onu özünə Xəlil (dost) eylədi.
Həcc ibadətində qurban kəsməkdən əsl məqsəd də, Həzrəti İbrahim və Həzrəti İsmayılın teslimiyətlərinin xatırlanıb onlardakı ilahi hikmətdən nəsib alınması və Allaha ixlas və təqva ilə qulluq edilməsi xüsusunda könüllərin agah olmasıdır. Yəni orada maddi varlığından sıyrılan, özündə bir varlıq düşünməyən, qısacası iradəsini Haqqa təslim edən və ilahi eşq atəşi ilə alovlanmağa çalışan bir dərviş ədası içində olmaq lazımdır. Necə ki, Allah-təala buyurur:
“(Qurbanların) nə ətləri, nə də qanı, əlbəttə, Allaha çatmaz. Lakin Allaha çatan, ancaq sizin təqvanızdır … “(əl-Həcc, 37)
Düşünmək lazımdır ki, Həzrəti İbrahim ə.s oğlunu fəda etdi, oğlu Həzrəti İsmayıl ə.s da canını ortaya qoydu. Biz nəfsimizi və malımızı Allah yolunda nə qədər sərf edə bilirik?
Ayəti-kərimədə buyurulan, “Canları və malları müqabilində cənnəti satın alan möminlər” (ət-Tövbə, 111) xüsusiyyətinə nə ölçüdə ləyaqət göstərmək mümkündür?
Mənbə:islamveihsan.com