• 22 Noyabr 2024

Qafilə başçısı başqasının yerinə həcc edə bilərmi?

hacc3Sual:Bir təşkilat tərəfindən vəzifələndirilərək qafilə başçısı kimi həccə gedən bir şəxs başqasının əvəzinə həcc edə bilərmi?

Cavab:Başqası üçün həcc ibadətini yerinə yetirməyin etibarlılıq şərtlərindən birisi də həclə bağlı xərclərin həmin göndərən şəxs tərəfindən təmin edilməsidir. Belə olan təqdirdə, həcc qafiləsində vəzifəli olan şəxs həclə bağlı xərcləri göndərən şəxsdən götürərək onun adına həcc ibadətini yerinə yetirə bilməz. Çünki qafilə başçısının bütün xərcləri onu bu iş üçün göndərən qurum tərəfindən təmin edilir.

Ancaq sözügedən şəxs, üzərinə həcc fərz olduqdan sonra həcci yerinə yetirmədən vəfat edən və yaxud (vəkalət verməsi şərtilə) daimi olan bir üzrlü səbəb ucbatından həccə gedə bilməyən anası, atası kimi yaxınlarının əvəzinə heç bir qarşılıq almadan həcc edə bilər.

Mənbə:irfandergisi.com

Read Previous

İsmayıl Qurbanı yoxsa İbrahimin Qurbanı?

Read Next

Qurban haqqında sual cavablar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.