• 22 Noyabr 2024

Nəbəvi tərbiyə metodu

ontMənəvi tərbiyənin ən mühüm vasitələrindən biri olan “söhbət”dən layiqiylə istifadə etməyin şərti, onun qiymət və mahiyyətini dərk etməkdir.
Söhbət, nəbəvi bir tərbiyə metodudur. Peyğəmbər Əfəndimiz (səllallahu əleyhi və səlləm), səhabələrini söhbət ilə yetişdirmişdir.
Necə ki “səhabə” və “söhbət” sözlərinin eyni kökdən gəlməsi də, bu xüsusun əhəmiyyətini açıqca ortaya qoymaqdadır. Yəni səhabəni səhabə edən, onların xalis bir iman ilə Peyğəmbər söhbətinin feyz və ruhaniyyətindən nəsib almış olmalarıdır.
Bu səbəblə “söhbət, müəkkəd bir sünnətdir.” Yəni fərz və vacib olmayan, lakin Peyğəmbər Əfəndimizin davamlı olaraq etdiyi, sırf qəti bir əmr olmadığını göstərmək üçün nadir olaraq tərk etdiyi, qüvvətli bir sünnədir.
Allah Rəsulu (səllallahu əleyhi və səlləm) əfəndimiz, hər səhabənin əlinə bir kitab-dəftər vermədi. Bundan daha çox, söhbətə və qəlbi birliyə əhəmiyyət verdi. Çünki söhbət, üz-üzə reallaşan bir təhsildir. Bu təhsildə Əfəndimiz (səllallahu əleyhi və səlləm)-in söz, hərəkət və davranışlarından əlavə, bir də, o təbəssümlü çöhrəsindən və nurlu nəzərlərindən xaricə əks edən, hiss lakin sözlə ifadə edilə bilməyən “hal”larının da mühüm bir təsiri vardır. Səhabələr, söhbət yaxınlığı içində Əfəndimiz (səllallahu əleyhi və səlləm)-in mübarək sözlərindən istifadə etdikləri kimi, Onun bu növ “hal”larından da istedadları nisbətində istifadə etmişlər. Bunun nəticəsində əshabi-kiram, Peyğəmbər əfəndimizlə eyniləşmə istiqamətində, qabiliyyətlərinə görə müxtəlif dərəcələrdə nəsiblər almışlar, könüllərini ruhaniyyət-i Rəsulullah ilə doldurmuşlar.
Necə ki Peyğəmbər söhbətinə nail olmanın qazandırdığı bu fəzilət səbəbiylədir ki, səhabələrdən sonra gələn saleh şəxslərin heç biri (onlardan daha çox ibadət etsə belə) səhabə dərəcəsinə yüksələ bilməz.

Mənbə:islamveihsan.com

Read Previous

Qurban kəsməyin 5 faydası

Read Next

Onların namazı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.