Hz. Ömər (ra) bir gün dostları ilə birlikdə oturmuşdu. Onlara, “Dua edərkən Allahdan nə istəyərdiniz”? deyə soruşdu.
Oradakılardan bir qisimi:
“-İçində Olduğumuz bu otağı dolduracaq qədər pulum olsun və onu Allah yolunda infaq edim!” Dedi.
Bir qisimi:
“-İçində Olduğumuz bu otağı dolduracaq qədər qızıllarım olsun və onu Allah üçün harcasyım!” Dedi.
Bəziləri də:
“-İçində Olduğumuz bu otağı dolduracaq qədər ləl-cəvahiratım olsun və onları Allah yolunda sərf edim!” Deyə cavab verdi.
Ancaq Ömər (ra):
“-Daha çoxunu istəyin!” Deyincə onlar:
“Allahu təaladan daha başqa nə istəyə bilərik ki?!” dedilər.
Bunun üzərinə Ömər (r.ə):
“-Mən, içində olduğumuz bu otağın, Əbu Ubeydə bin Cərrah, Muaz ibni Cəbəl və Huzeyfetül Yəmani kimi kəslərlə dolu olmasını və bu kəslərin, Allaha itaət yolunda, yəni Allahın dinini təbliğ etmək üçün xidmət etmələrini istəyərdim.” dedi. (Buxari, Târîhu’s-Sağîr, I, 54/201)
Mənbə:islamveihsan.com