Sual:Televizor, radio və ya internet vasitəsilə canlı yayımlanan namazlarda oradakı imama tabe olaraq namaz qılmaq olarmı?
Cavab: Camaatla, yəni imamla namaz qılına bilməsi üçün camaat imama tabe olmalı və bunun üçün də imam ilə camaat eyni məkanda olmalıdır. Bu səbəbdən imamın namaz qıldırdığı məkandan başqa yerdə olan bir kəs imama tabe olmağa niyyət edərək namazını qılsa, onun namazı etibarsızdır. İmam ilə camaat arasından keçən çay və ya geniş bir yol da camaatın imama tabe olmasına bir maneə hesab olunmuşdur. Odur ki, televizor, radio və ya internet kimi vasitələrlə başqa bir yerdəki imama tabe olmağa niyyət edən kəs onunla eyni yerdə olmuş sayılmadığı üçün namazı batil olur.
Mənbə:irfandergisi.com