Bir Padişah, yuxusunda, dişlərinin öndən arxaya doğru töküldüyünü, yemək yeyə bilməz hala gəldiyini görür. Bundan narahat olan padısah, gördüyü yuxunun şərh etdirmək üçün dərhal saraydakı yuxu yozanları hüzuruna çağırtdırır.
Yuxusunu izah etdikdən sonra yuxuyozana:
“-Bu yuxunun xeyir və ya şər olduğunu mənə söylə? Bu yuxu nəyə işarədir?” Deyə soruşar. Yuxu yozanların başçısı heç düşünmədən:
“-Təəssüf ki, şərdir padşahım!” Deyir və sözlərinə belə davam edir:
“-Siz uzun bir ömür yaşayacaqsınız, amma təəssüflər olsun ki, bütün yaxınlarınız, sevdikləriniz gözlərinizin qarşısında bir-bir ölüb sizi bu dünyada tək qoyacaqlar.”
Yuxuyozanların başçısının bu açıqlaması, padşahın qəlbində sanki soyuq küləklər əsdirir. Bir anlıq səssizliyin ardından padısah hiddətlə kükrəyər:
“-Tez atın bunu zindana, fəlakət dəllalı olmaq nəymiş öyrənsin!”
Gözətçilər onu o dəqiqə aparıb zindana atarlar.
Padşah, bu dəfə huzurundaki digər bir yuxuyozana dönərək:
“-Sən Söylə görüm, yuxumun yozumu nədir, xeyirdir yoxsa şər?” Deyər.
Yuxuyozan sükunət içində bir müddət düşündükdən, sonra birdən üzü işıqlanar və dənə dənə danışmağa başlayar:
“Xeyrdir Padşahım, xeyirdir!” Deyər. “Bu yuxu, bütün yaxınlarınızdan uzun yaşayacağınızı və daha neçə-neçə illər ölkənizi dinclik və səadətlə idarə edəcəyinizi göstərir.”
Bu xəbərə çox sevinən padşah, yuxuyozana iki kisə qızıl verər.
Olub bitəni əvvəldən axıra qədər izləyənlər isə, çaşqınlıq içərisində yuxuyozandan bu sualı soruşurlar:
“Əslində sən də digər yuxuyozan da eyni şeyi söylədiniz. Padşah nə üçün onu cəzalandırdı, ancaq səni mükafatlandırdı? ”
Yuxuyozan təbəssüm edər və belə deyər:
“-Əlbəttə Eyni şeyi söylədik, lakin elə zaman olur ki, nə söylədiyindən çox necə söylədiyin və kimə söylədiyin daha mühümdir. ”
Bəli, bu hekayə ifadədəki üslub fərqi səbəbindən eyni mənanı ifadə edən sözlərin, həmsöhbətdə meydana gətirəcəyi müsbət və mənfi nəticələrini göstərən, ibrətlik bir hekayədir. Bu hekayədə alınması lazım olan hissə isə, haqqı söyləyərkən, sözü, həmsöhbətin hissiyyatını nəzərə alaraq, incə düşünmə, fərasət, nəzakət və zərifliklə söyləmənin nə dərəcə əhəmiyyətli olduğudur.
Çünki Rəbbimiz, qullarının bu barədə həssaslıq sahibi olaraq şirin, könül oxşayan və yumşaq söz söyləmələrini əmr buyurmaqdadır. Bu həqiqət, ayəti kərimədə belə bildirilməkdədir:
“Qullarıma de ki, sözün ən gözəlini söyləsinlər” (əl-İsra, 53)
Könüllər Sultanı Peyğəmbər Əfəndimiz (səv) də bu barədə belə buyurmuşdur:
“Allahu Təala, mənə fərzlərin yerinə yetirilməsini əmr etdiyi kimi, insanlara lütf və mərhəmətlə rəftar edib yumşaq söz söyləməyimi (belə ki, onların ürəkləri arasında məhəbbət filizləri yetişdirməyimi) də əmr etdi.” (Süyuti, əl-Camius-Sağir, I, 59/1695)
Heç kim sərt sözlərdən və kobudluqdan xoşlanmaz. Çünki kobud söz, alov alov yanan bir atəş kimidir ki, nəticədə sahibini də yandırar. Bu səbəblə Həzrəti Mövlananın buyurduğu bu həqiqətə diqqət etmək lazımdır:
“Uca Allahın ayəti kərimədəki “Ey Musa! Firona qarşı yumşaq söz söylə, ona yumşaqlıq göstər!” Sözünü yaxşı anla! Çünki qaynayan yağa soyuq su töksəniz, ocağı da xarab edərsiniz, qazanı da”
Yenə Həzrət Mövlana, bir sözün, söyləyənin istifadə üslubuna görə həmsöhbətində çox fərqli təsirlər meydana gətirdiyi xüsusunu, bir təşbehlə belə izah etməkdədir:
“Söz var, kəskin qılınc kimidir; dostluğu kəsər, öldürər. Ürəkdə müalicəsi olmayan yaralar açar. Gönül bağçasındakı yaşıllıqları, sevgi çiçəklərini, xəzan mövsümü kimi qurudub öldürər.
Bir söz də var ki, yaz mövsümü kimidir. Hər tərəfi bəzəyər, gözəlləşdirər, dinclik və səadətə vəsilə olar. ”
Buna görə də bir mömin, danışma üslubunu gözəl nizamlamalı, ilahi həqiqətlərin bədii və ruhani gözəlliklərini nümayiş etdirən bir hikmət bulağı olmalı və daim ruhlara nüfuz edəcək şirin bir dil istifadə etməlidir. Çünki ayədə buyurulduğu kimi, könüllərə girə bilməyin ən kəsə yolu yumşaq və gözəl bir üslub istifadə etməkdir:
“Allahın rəhməti sayəsində Sən onlarla yumşaq davrandın. Əgər kobud, sərt ürəkli olsaydın, əlbəttə, onlar Sənin ətrafından dağılıb gedərdilər.” (Ali-İmran, 159)
Mənbə:islamveihsan.com