• 26 Noyabr 2024

Yoluxucu xəstəliklər zamanı cənazə və dəfn işləri

Türkiyə Diyanət İşləri Başqanlığı, yoluxucu və infeksiyon xəstəliklərdən vəfat edən kəslərin cənazə namazlarının necə qılına biləcəyi mövzusunda verilən suallara açıqlama gətirmişdir. Başqanlıqdan gələn açıqlama bu şəkildədir: “Müsəlmanların, ölən din qardaşlarına qarşı yerinə yetirməli olduqları dini vəzifələrin ən önəmlisi din qardaşlarının cənazəsinin yuyulması, kəfənlənməsi və onun cənazə namazının qılınmasıdır. Yuma və kəfənləmədən sonra cənazə namazının qılınması fərzi kifayə olan bir ibadətdir. Bu vəzifə bəzi müsəlmanlar tərəfindən yerinə yetirilərsə, digər müsəlmanlar bu məsuliyyətdən azad hesab edilirlər. Cənazə namazının qılınmasının müəyyən vaxtı yoxdur. Hazırlanmış cənazənin gözlənilmədən namazının qılınması əsas şərtdir. Yolxucu bir xəstəlik riski olduğu hallarda, cənazə namazını mümkün qədər az adamla və gözləmədən qılmağa üstünlük verilməlidir. Bundan əlavə, xəstəliyin qarşısını almaq üçün lazımi tədbirlər görülməli və bu çərçivədə cənazə namazında iştirak edənlər arasında kifayət qədər məsafə olmalıdır. Əgər belə hallarda, birdən çox cənazə varsa, bütün cənazələr üçün tək bir cənazə namazı qılmaq kifayətdir. Xəstəliyin yoluxma riski səbəbiylə cənazə namazı qılınmadan tez dəfn edilən cənazənin namazı daha sonra bir neçə nəfərlə birlikdə onun qəbri yanında qılına bilər. Xəstəliyin yoluxma riski varsa, həkim və mütəxəssislərin tövsiyələrinə uyğun olaraq lazımi qoruyucu tədbirlər görüldükdən sonra cənazə yuyulmalı, kəfənlənməli və qaydasına uyğun şəkildə dəfn edilməlidir. Görülən bütün tədbirlərə baxmayaraq, cənazə yuyulub kəfənləndiyində, bu xəstəliyin başqalarına yoluxma təhlükəsi varsa aşağıda göstərilən qaydalara əməl etmək qaçınılmazdır:

  1. Uzaqdan cənazənin üzərinə su tökmək və ya səpməklə cənazə yuyula bilər.
  2. Bu vəziyyətin də riskli olduğu hallarda, mütəxəssislərin göstərişlərinə riayət etmək şərti ilə qoruyucu paltarlar geyinməklə cənazəyə təyəmmüm aldırıla bilər.
  3. Əgər cənazəyə təyəmmüm aldırmaq da təhlükəlidirsə o zaman təyəmmüm aldırmadan, olduğu kimi namazı qılınaraq dəfn edilir.
  4. Cənazələrin ənənəvi üsulla açılan kəfənlə dəfn olunması təhlükəlidirsə o zaman, cənazə cəsəd torbası və ya tabutla dəfn oluna bilər. Zərurətdən meydana gələn bütün bu yöntəmlərdə, müsəlman qardaşımıza qarşı son dini vəzifəmizi yerinə yetirdiyimizi dərk edərək hərəkət etməliyik.”

Mənbə:diyanethaber.com.trhttps://www.diyanethaber.com.tr/dini-haberler/din-isleri-yuksek-kurulundan-cenaze-namazi-ve-defin-islemleriyle-h9671.html

Read Previous

Ərəb dili Dərsləri – Birinci Dərs

Read Next

Saxlama kin, təmiz olsun qəlbin

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.