Türkiyədə koronovirusla mübarizə çərçivəsində məscidlərdə işa (yatsı) azanından sonra səsgücləndirici ilə dua edilib. İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyənin dini komitəsi Diyanət idarəsinin təşkilatçılığı ilə ölkədəki 90 min məsciddə həyata keçirilən aksiyada koronovirus xəstəliyinin bitməsi və bu xəstəliyə yoluxanların sağalması üçün dualar edilib.