• 22 Noyabr 2024

NAMAZ QILMAYAN AİLƏMİZƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIRIQ?

İslam dininə görə hər fərd öz elədiklərinə görə məsuliyyət daşıyır. Qurani-Kərimdə, “Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz…” (Fatir – 18) buyurulur. İslam dini, hər bir insanın seçim azadlığı olduğunu və bunun nəticəsində də gördüyü işlərə görə məsuliyyəti olduğunu bildirmişdir. “… Hər kəs öz əməlinin girovudur!” (Tur – 21), “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (Zəlzələ – 7,8), “(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.” (Ənbiya – 23). Tərcüməsi verilmiş bu ayələr də  bunun isbatıdır.

Həyat yoldaşı namaz qılmayan şəxs nə etməlidir?

Bir müsəlman öz dini öhdəliklərini yerinə yetirməsə buna görə Allaha cavab verəcək. digər müsəlmanların vəzifəsi isə ona nəsihət vermək və həqiqəti təlqin (əmri bil-maruf, nəhyi anil-münkər) etməkdir. Insan əmri bil-marufa yaxınlarından, ailəsindən başlamalıdır. Necə ki, Peyğəmbərimiz də (SAV) belə əmr edilmişdir. Allah ona təbliği əmr edərkən, “Və ən yaxın qohumlarını qorxut!” (Şüəra – 214) buyurmuşdur. Hədisi-şərifdə hər müsəlmanın, himayəsi altındakı insanlara görə məsuliyyət daşıdığı bildirilir. (Buhârî, Cumua, 11; Müslim, İmâre, 20). Ailədə ər-arvadın bir-birlərinə və övladlarına qarşı həm maddi, həm də mənəvi öhdəlikləri var. bu öhdəlik dinin şərtlərini öyrətmək və təlqin etməkdən ibarətdir. Allah-Taala Hz. Muhammədə (SAV) müraciətlə belə buyurur: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır.” (Taha – 132)

Buna görə də bir insan namaz qılmayan həyat yoldaşına 5 vaxt namazı öz vaxtında qılmağı, namazın maddi və mənəvi faydalarını səbrlə ona başa salmalı, bu istiqamətdəki səhlənkarlığına görə onu tövbə etməyə dəvət edərək namaz qılmağa razı salmağa cəhd eləməlidir. Gözəlliklə edilən tövsiyyələrə baxmayaraq həyat yoldaşının namaz qılmamasının məsuliyyəti onun özünə, yəni namaz qılmayana aiddir.

Mənbə: İslamveihsan.com

Read Previous

31 MART SOYQIRIM

Read Next

Aprel 2020