Cavab: Peyğəmbərimiz (s.ə.s) fərz namazların camaatla qılınmasını tövsiyə etmiş və “Camaatla qılınan namaz, tək başına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.” (Buxari, Əzan, 30; Müslim, Məsacid, 249-250) deyə buyurmuşdur. Başqa bir hədisində isə “Əgər möminlər yatsı və sabah namazlarını camaatla qılmağın savabını bilsələrdi iməkləyərək də olsa camaata gələrdilər.” (Buxari, Əzan, 32) buyurmuşdur.
Hz. Peyğəmbərimiz, (s.ə.s) istər beş vaxt fərz namazların öncəsində və sonrasında, istərsə fərz namazlardan ayrı olaraq sünnə və nafilə namaz qılar; sünnə və nafilə namazların evdə qılınmasının daha fəzilətli olacağını bildirirdi. Bir hədisində belə buyurmuşdur: “Ey insanlar! Evinizdə namaz qılın. Çünki fərz namaz xaricindəki namazların ən məqbulu, insanın evində qıldığı namazdır.” (Buxari, Əzan, 81)
Digər bir hədisində isə Peyğəmbərimiz (s.ə.s) “Sizdən biri fərz namazını məsciddə qıldığı zaman, o namazından evinə bir pay ayırsın. Çünki Allah Təala, bu nafilə namaz səbəbiylə o kimsənin evində xeyir yaradır.” (Müslim, Salatül-Müsafirin, 210) buyurmuş; hətta “Namaz qılmayaraq evlərinizi qəbiristanlığa çevirməyin.” (Buxari, Salat, 52) deyə xəbərdarlıq etmişdir.
Bu səbəblə, fərz namazların sünnələri də daxil bütün nafilə namazların məsciddə qılınması caiz olmaqla birlikdə, evlərdə qılınması daha fəzilətlidir.